Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda məcburi köçkünlər yolu kəsdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda məcburi köçkünlər yolu kəsdilər

Bakıda məcburi köçkünlər yolu kəsdilər


Onları bir qəzalı yataqxanadan digərinə köçürmək istəyirlər
Xətai rayonu Cavanşir küçəsində yaşayan bir qrup məcburi köçkün mənzil probleminə etiraz olaraq yolu kəsib. Bu narazı ailələr vaxtilə Toxuculuq Kombinatının yataqxanası olan 4 və 6 saylı binalarda yerləşiblər. Onların sözlərinə görə, bu binalar neçə ildir ki, qəzalıdır. Nəhayət ki, bu il may ayında binanın üzünə gün doğub. Nazirlər Kabinetinin qərarı ilə 200-dən artıq ailəyə kompensasiya verilərək burdan köçürülüb. Amma köçürülmə məcburi köçkün ailələrinə şamil edilməyib.

Şikayətçilər deyir ki, onları bir qəzalı yataqxanadan digərinə köçürmək istəyirlər. Sakinlərin isə bir tələbi var ya təzə mənzillərə köçmək, ya da elə indiki binada qalmaq.

Xətai rayon icra başçısınnın birinci müavini Zaməddin Əkbərov isə deyir ki, köçürülmə Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məcburi köçkünlərin bir yataqxanadan digərinə köçürülməsi də müvəqqətidir.

Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin rəsmisi Sənan Hüseynov isə deyir ki, artıq İcra Hakimiyyəti ilə razılığa gəlinib. Məcburi köçkün ailələri bir yataqxanadan digərinə köçürülməyəcək. Dövlət Komitəsi vəd edir ki, hər iki binadakı ailələr yaxın vaxtlarda yeni mənzillərə köçürüləcək. Amma bu yaxın vaxtın nə qədər yaxın olduğu isə hələlik məlum deyil.

Geri dön