Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya və Çin İrana qarşı növbəti qətnamənin qəbuluna qarşı çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiya və Çin İrana qarşı növbəti qətnamənin qəbuluna qarşı çıxıb

Rusiya və Çin İrana qarşı növbəti qətnamənin qəbuluna qarşı çıxıb


Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı növbəti qətnamə qəbul etməsinə qarşı çıxıb.İRİB-in verdiyi məlumata görə, BMT-nin Ekspertlər Komitəsi İranın 2012-ci ilin iyul ayında “Şahab-1” və “Şahab-3” ballistik raketlərini sınaqdan keçirməklə bu qurumun qəbul etdiyi 1929 saylı qətnaməni pozması barədə hesabat hazırlayıb.
2013-cü il aprelin 12-də Avstraliyanın BMT-dəki səfiri Qari Kinlenin rəhbərlik etdiyi komitə məsələylə bağlı İrana sorğu göndərsə də, heç bir cavab almayıb. Ona görə də komitə öz hesabatını təqdim edərək BMT Təhlükəsizlik Şurasından İrana qarşı növbəti qətnamənin qəbul edilməsini istəyib.
Lakin BMT Təhlükəsizlik Şurası hesabatı təsdiqləməyib, Rusiya və Çin də daxil olmaqla digər üzvlər komitədən irəli sürdüyü iddiaları daha ciddi şəkildə araşdırmağı tələb ediblər.

Geri dön