Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Jurnalistlərin mənzilləri püşklə bölünəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Jurnalistlərin mənzilləri püşklə bölünəcək

Jurnalistlərin mənzilləri püşklə bölünəcək


Binanın açılış mərasimində İlham Əliyev də iştirak edəcək


Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binanın açılış proqramı bəlli olub. İyulun 17-də “Media forum” saytına danışan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, binanın açılışına qatılacaq şəxslər öncə mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət edəcək: “İyulun 22-si səhər saat 8-də bütün tədbir iştirakçıları Azərbaycan Mətbuat Evinin qarşısında toplaşacaq, xüsusi avtobuslarla Fəxri xiyabana yollanacaq, daha sonra binanın açılışında iştirak edəcəklər.

Prezident İlham Əliyevin jurnalistlər üçün tikilmiş binanın açılışında iştirakı gözlənir. İlham Əliyev bina ilə tanış olacaq. Amma protokolda İlham Əliyevin jurnalistlərlə ayrıca görüşü qeyd edilməyib.

Ev alacaq jurnalistlərin kimliyi binanın açılışı günü bilinəcək. Prezident açılışı edib gedəndən sonra mənzillərin bölgüsü həyata keçiriləcək. Hansı mənzilin hansı jurnalistə verilməsi həmin gün püşkatma ilə müəyyənləşəcək”.

Fond rəhbəri əlavə edib ki, bina tam hazırdır: “Artıq binanın ətrafı asfaltlanıb, həyətə ağaclar əkilib, uşaqların oynaması üçün ayrıca yer ayrılıb, həmçinin sakinlərin oturması üçün iki çardaq da quraşdırılıb. Hazırda binada təmizlik işləri aparılır”

Geri dön