Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Parlament PKK-ya qarşı rəsmi mövqe ortaya qoymalıdır"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar, Fərəc Quliyev > "Parlament PKK-ya qarşı rəsmi mövqe ortaya qoymalıdır"

"Parlament PKK-ya qarşı rəsmi mövqe ortaya qoymalıdır"


Fərəc Quliyev: "Biz millət vəkilləri olaraq taleyüklü məsələlərə münasibət ortaya qoymasaq, bu parlament, sadəcə olaraq, kontor səviyyəsində bir orqana çevriləcək"
Qapalı bir toplantı olmalıdır və ətraflı müzakirə olunmalıdır ki, İranda nə baş verir, Türkiyə ilə münasibət nə cürdür...



Millət vəkili, Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyev parlamentin ötən iclasında kifayət qədər ciddi bəyanatla çıxış edib. Deputat Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qaldırılması, eyni zamanda PKK terror təşkilatına qarşı mübarizə ilə bağlı Azərbaycan parlamentinin növbədənkənar qapalı toplantısının keçirilməsi kimi maraqlı fikirlərə də müəlliflik edib.

F.Quliyev "Şərq"ə deyib ki, artıq türk dövlətləri arasındakı münasibətlərin iqtisadi və mədəni əlaqələr müstəvisindən təhlükəsiz və hərbi müstəvilərə transfer olunmağın zamanı yetişib. "Qazaxıstanda türkdilli dövlətlərin son zirvə toplantısında Azərbaycan prezidenti bir mesaj verdi. Bildirdi ki, biz artıq inteqrasiya məsələlərində dərinləşmə üçün real tədbirlər görməliyik. Bu, ciddi çağırış idi. Hesab edirəm ki, həm də problemləri ümumiləşdirməli və onları ümumi şəkildə həll etməliyik. Çünki biz qardaş dövlətik deyirik, müttəfiqik deyirik, hazırkı vəziyyət həm də bu türk toplumuna qarşı düşmənlərə qarşı artıq bir yerdə çıxış etməyi zəruri edir. Düşmənlərə qarşı birgə fəaliyyət göstərmək imkanlarını reallaşdırmaq yollarını tapmalıyıq. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan Asayişin Təmini birgə Silahlı Qüvvələri yaratmalıdırlar. Bununla birlikdə Türkiyədə PKK-ya qarşı mübarizə aparıla bilər. Sabah Qarabağda da eyni şeyi görə bilərik. Zamanla digər türk dövlətlərini də bura qatmaq olar ki, istənilən türk dövlətində hər hansı separatçı meyillər olarsa, bu qüvvələr ona qarşı birlikdə mübarizə aparsınlar".

F.Quliyevin qənaətincə, parlament qapalı toplantı keçirib PKK-nı terror təşkilatı kimi rəsmən tanımalı və ona qarşı da mübarizə yolları aranmalıdır. "Parlament təkcə qanunlar yaratmaqla, düzəlişlər etməklə məsul deyil. Azərbaycanın bir çox ciddi məsələlərinə parlament səviyyəsində əl qoyulması çox mühümdür".

Deputat deyir ki, toplantının qapalı keçirilməsində məqsəd heç də orda müzakirə olunan məsələləri Azərbaycan ictimaiyyətindən gizlətmək deyil. "Parlamentin qapalı yığıncağı olsun deyəndə müzakirələri Azərbaycan ictimaiyyətindən gizlətməyi nəzərdə tutmuram.

Amma bizim qəzetləri və saytları yalnız Azərbaycan ictimaiyyəti oxumur. Qapalı bir toplantı olmalıdır və ətraflı müzakirə olunmalıdır ki, İranda nə baş verir, Türkiyə ilə münasibət nə cürdür və s".

Millət vəkili Türkiyənin dövlət rəsmilərinə müraciət etmək niyyətindədir. Ki, onlar PKK-nın hansı zəmində tanınmasının yolunu göstərsinlər. "Separatçı bir təşkilat kimi biz onu tanımalıyıq. Biz millət vəkilləri olaraq taleyüklü məsələlərə münasibət ortaya qoymasaq, bu parlament sadəcə olaraq kontor səviyyəsində bir orqana çevriləcək".

F.Quliyev hesab edir ki, Türkiyə ilə viza rejimi dərhal aradan qaldırılmalıdır. "Əgər Polşa-Azərbaycan arasında diplomatik pasportu olanlara vizanın tətbiqinin aradan qaldırılması müzakirə edilirsə, Türkiyə ilə viza rejimi saxlamaq ayıbdır. Doğrudur, Polşa bizim müttəfiqimizdir. Amma di gəl ki, AVRONEST-in yığıncağında Polşanın ordakı nümayəndəsi ermənilər tərəfindən çıxış edirdi. Biz onunla orda az qala əlbəyaxa dava səviyyəsinə gəlib çıxdıq. Xəbərdarlıq etdim ki, Polşa-Azərbaycan münasibətlərinə kölgə salırsınız. Yəni Polşa ilə viza rejiminin qaldırılmasını müzakirə ediriksə, Türkiyə ilə viza rejiminin qalması doğru deyil".

"Şərq" qəzeti

Geri dön