Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda gözdən əlillər üçün kompyuter hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda gözdən əlillər üçün kompyuter hazırlanıb

Azərbaycanda gözdən əlillər üçün kompyuter hazırlanıb


İKT imkanlarının gözdən əlillərin həyatında böyük dönüş yaradacağı söylənilir

Əlillərin cəmiyyətə inteqrasiya olunması, texnoloji yeniliklərdən geri qalmaması üçün Azərbaycanda yenilik edilib. Gözdən əlillər üçün kompüterlər hazırlanıb.

Tofiq Balayev ölkədə yaşayan 40 minə yaxın əlildən biridir. Əvvəllər məlumat əldə etmək üçün məhdudiyyətlərlə üzləşdiyini deyən Tofiq bəhs elədiyi dilmanc mini-komyuterlərin sayəsində onun kimi gözdən əlilləri bir çox narahatlıqlardan azad etdiyini deyir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və H.Əliyev fondu tərəfindən maliyyələşən lahiyə əsasında hazırlanan bu mini kompyuter digərlərindən monitor və klaviaturanın olmaması və Azərbaycan dilində verilən əmrlərlə idarə olunması ilə fərqlənir. Mini-kompyuteri hazırlayanlardan biri Dilmanc layihəsinin direktoru Əbülfət Fətullayev cihazdan istifadə edənlərin, ələxsus gözdən əlillərin bir çox üstünlüklər əldə etdiklərini söylədi.

Bir neçə ölkədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilən bu cihaz həm də mobil telefon kimi istifadə oluna bilər. Yaxın gələcəkdə gözdən əlillərin rahatlığı üçün mini-kompyuterin imkanları mobil telefonlara ötürüləcək.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bu günə gədər 200-ə yaxın bu kimi mini-kompyuterlərin ali və orta-ixtisas məktəblərində təhsil alan gənclərə və xüsusi internat-məktəblərində gözdən əlil yuxarı sinif şagirdlərinə paylanıldığını dedi. Gələcəkdə də bu kompyuterlər xüsusi məktəblərin aşağı sinif şagirdlərinə də paylanacaq. Bununla da, İKT imkanlarının gözdən əlillərin həyatında böyük dönüş yaradacağı söylənilir.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin sözlərinə görə, onlar cəmiyyətə inteqrasiya edirlər, adaptasiya edirlər, ailədə sıxılsalar da bu kompyuterlər onlara kömək edir və s.

Ümid edək ki, konstitusiyamıza görə tamhüquqlu vətəndaşlarımız olan Tofiq və onun kimi digər gözdən əlillər bu mini-kompyuter və İKT-nin imkanlarından bəhrələnərək cəmiyyətimizdə layiqli yer tutacaqlar.

Geri dön