Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi qaydaları açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi qaydaları açıqlanıb

Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi qaydaları açıqlanıb


Azərbaycanda şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi (məsələn, 1-dən 3-ə; 3-dən 5-ə və s.) barədə qaydalar hazırda mövcud deyil.


Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, bu hal kütləvi xarakterdə ola bilməz. Şagirdlərin müəyyən bir sinfi bitirmədən növbəti sinfə keçirilməsi yalnız xüsusi istedadı ilə fərqlənən, idraki və kommunikativ bacarıqları yaşıdlarına nisbətən daha yüksək inkişaf etmiş uşaqlara aiddir.



Təhsil nazirinin əmrinə əsasən isə ölkədə uşaqların vaxtından əvvəl I sinfə qəbulu hər il 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.



Vətəndaşların digər sualları cavablandırılarkən qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirənlər ümumtəhsil məktəblərində müəllim işləyə bilməz: “Ümumi təhsil müəssisələri direktorlarının müavinləri İKT məsələlərinə rəhbərlik edirlər. Gələcəkdə ümumtəhsil məktəblərinə maliyyə müstəqilliyi verilərkən zərurətdən asılı olaraq İKT üzrə müavin ştatlarının ayrılması məsələsinə baxılacaq”.

Geri dön