Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraşdırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Türkiyə şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraşdırıb

Türkiyə şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraşdırıb


Türkiyənin HAVELSAN şirkəti Azərbaycan Quru Qoşunları üçün Artilleriya Atış Simulyatoru quraraq istifadəyə verib.

Bu barədə HAVELSAN şirkətindən məlumat verilib.

AFOS (Artillery Forward Observer Simulator) adlanan bu simulyator topçu birliklərinin zabitlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılıb. Simulyator Azərbaycana bu ilin ortalarında gətirilib və Müdafiə Nazirliyinin təlim mərkəzində qurulub. Azərbaycan mütəxəssislərinə simulyatordan istifadə qaydaları ilə bağlı treninqlər də keçirilib.

Simulyator Türkiyə hökumətinin Azərbaycana hərbi yardım proqramı çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən verilib.

Hazırda AFOS simulyatorundan Türkiyə və Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Pakistan, Gürcüstan və Türkmənistan orduları da istifadə edir.

Geri dön