Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistan XİN 610 dollara möhtac qalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ermənistan XİN 610 dollara möhtac qalıb

Ermənistan XİN 610 dollara möhtac qalıb


Nazirlik bu məbləği "Armeniya Travel+M" şirkətinə ödəmək iqtidarında deyil
Ermənistan Xarici İşlər Nazirliyinin 257,6 min dram (610 dollar) məbləğində borcu yaranıb.Ermənistan mətbuatının verdiyi məlumata görə, Ermənistan XİN bu məbləği "Armeniya Travel+M" şirkətinə ödəmək iqtidarında deyil.

Məlumata görə, Ermənistan xarıci işlər nazirinin iki müavini ABŞ-ın San Fransisko və Almaniyanın Frankfurt şəhərinə ezamiyyətə getməli imiş. Ermənistan XİN isə öz növbəsində İrəvan-Paris-Frankfurt və Frankfurt-Los-Ancedles-San Fransisko-Boston-Frakfurt reysinə iki bilet sifariş edib.

Ezamiyyətlər təxirə salındıqdan sonra biletlərin qaytarılması qərarı alınıb. Ancaq şirkət nazirliyə qaytarılmış biletlərə görə, cərimə kəsib. Nazirlik isə şirkətin təyin etdiyi cəriməni ödəmək iqtidarında deyil. Cərimə kimi təyin edilmiş məbləğin Ermənistanın dövlət büdcəsindən veriləcəyi bildirilir.

Geri dön