Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ədliyyə Nazirliyi Nikah qeydiyyatı üçün elektron müraciət xidmətini təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Ədliyyə Nazirliyi Nikah qeydiyyatı üçün elektron müraciət xidmətini təqdim edib

Ədliyyə Nazirliyi Nikah qeydiyyatı üçün elektron müraciət xidmətini təqdim edib


Azərbaycan Ədliyyə Nazirliyi Elektron-hökumət portalı vasitəsilə yeni xidmət təqdim edib.


“Nikah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər nikaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər.



Nikah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nikahı 1 aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.

Geri dön