Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > GÜNEY XƏBƏRLƏRİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ

GÜNEY XƏBƏRLƏRİ


İftar mərasimi tutuqlularından bir neçəsi azadlığa buraxıldı

Təbrizdə iftar mərasimi zamanı tutulanların bir neçəsi mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.
Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmu Gölü preoblemini müzakirə edərkən tutuqlanan təxminən 30 nəfərdən 9-nəfəri 17.11.2011 ci il tarixində azadlığa buraxılıb. Onların hər biri təxminən 50 min və ya 100 min dollarlıq mülki girov qarşılığında sərbəst buraxılıblar.

Milli fəallar və öz yaxınları tərəfindən təntənə ilə qarşılanıblar.

Azadlığa buraxılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

- Mustafa Əvəzpur
- Murtaza Əvəzpur
- Vəhid Şeyxbəyli
- Əziz Purvəli
- Musa Bərzin Xəlifəlu
- Cəmişid Zarei
- Mahmud Fəzli
- Həsən Ərk
- Mehdi Nuri



İranda müxalif professor həbs olunub

Noyabrın 17-də İranda universitet professoru Məsud Sepehr həbs edilib. Məlumata görə, müəllim Şiraz şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbsə alınıb. Professorun evində axtarış aparılıb, ona məxsus bəzi şəxsi əşyalar müsadirə edilib.
Qeyd edək ki, Məsud Sepehr İranda fəaliyyətinə qadağa qoyulmuş islahatçı İslam İnqilab Mücahidlər Təşkilatının tanınmış üzvlərindən biridir. O, 2009-cu ilin iyununda İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı da həbs olunub.


Noyabrın 18-də İranda tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Davud Xudakərəmi həbs olunub.

Azərbaycanlı fəal bu gün səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən Zəncan şəhərində küçədə tutularaq naməlum istiqamətdə aparılıb. Hazırda onun harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Davud Xudakərəmi Zəncanda Azərbaycan və fars dillərində çıxan “Bayram” aylıq jurnalının əməkdaşıdır. Eyni zamanda azərbaycanlı jurnalist başqa qəzetlərlə də əməkdaşlıq edirdi.

Geri dön