Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları > Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq

Qafqaz Alban Kilsəsinin dünyada tanıdılması erməni saxtakarlığının qarşısını alacaq


Qafqaz Alban Kilsəsinin maddi-mədəni nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi saxtakarlığın qarşısını alacaq.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Azərbaycan Respublikası Alban-Udin Xristian İcmasının təşkilatçıılığı ilə Qəbələ rayonunun Nic qəsəbəsində Alban-Udin Kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi dövlət dini kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş "On il dirçəlişdə" adlı bayram tədbirində bildirilib.
Bayram tədbirində çıxış edən DQİDK -nın Dini ekspertiza, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov qeyd edib ki, Azərbaycan dövləti ölkəmizin ən qədim dini konfessiyalarından biri olan Alban-udin Kilsəsinə hər zaman dəstək verib və Qafqaz Alban irsinin dünyada tanıdılması üçün bir çox tədbirlər həyata keçirib:
"Alban-Udin Kilsəsinin qorunması Azərbaycan hökumətinin prioritet məsələlərindən biridir. DQİDK son bir ildə bu irsin tanıdılması üçün bir çox işlər görüb. Bu səpkidə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. Yaxın gələcəkdə Alban Apostol Avtokefal Kilsəsinin tarixinə həsr olunan kitabın hazırlanması, Qafqaz Albaniyası ilə əlaqədar beynəlxalq səviyyəli konfransın keçirilməsi və YUNESCO səviyyəsində dünyada tanınmış məşhur fotoqraf Rza Diqqətinin alban dini-mədəni abidələrini əks etdirən fotosərgisinin təşkil olunması planlaşdırılır".
Komitənin şöbə müdirinin sözlərinə görə, artıq uzun illərdir ki, ermənilər Qafqaz Alban Kilsəsinin maddi-mədəni nümunələrini öz adına çıxarmağa çalışırlar. Lakin Azərbaycan buna yol verməyəcək və bu saxtakarlığın qarşısı hərtərəfli alınacaq:
"Qafqaz Alban Kilsəsinin dünyada Azərbaycana məxsus qədim apostol kilsəsi kimi tanıdılması bu irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə mənimsənilməsinin qarşısını alacaq. Azərbaycan dövlətinin səyləri nəticəsində artıq dünya ictimaiyyəti bu qədim kilsənin məhz Azərbaycana məxsus olduğu və hazırda onun davamçılarının burada yaşamağa davam etməsi barədə kifayət qədər məlumatlıdır."

Geri dön