Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü

Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü


Milli Dirçəliş Hərəkatı Partiyası 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərinə MDHP sədri, Millət Vəkili Quliyev Fərəc İbrahim oğlunun namizədliyini irəli sürdü

13 avqust 2013-cü il tarixində MDHP Ali Məclisinin yığıncağında üçdə iki səs çoxluğu ilə Fərəc bəyin Prezidentliyə namizədliyi irəli sürüldü:

Gündəlikdəki məsələlər üzrə MDHP Ali Məclisinin sədri Tahir Seyidov çıxış edərək bildirdi ki, 09 oktyabrda Azərbaycanda keçiriləcək Prezident seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının iştirak etməsi vacibdir. Ümumiyyətlə siyasi təşkilatların seçkilərdə iştirak etməsi və bununla bağlı demokratik yeniləşməyə hər bir cəmiyyətdə ehtiyac vardır. Ali Məclisin sədri partiyanın sədri, Millət Vəkili Quliyev Fərəc İbrahim oğlunun prezidentliyə namizədliyinin Ali Məclis tərəfindən irəli sürülməsini təklif etdi.
Milli Dirçəliş Hərəkatı Partiyasının 13 avqust 2013-cü il tarixli Ali Məclisinin yığıncağında “Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində MDHP sədri Quliyev Fərəc İbrahim oğlunun namizədliyi MDHP Ali Məclisi tərəfindən irəli sürülməsini” qərara aldı.
Cari məsələlərin müzakirəsində ölkədəki ictimai-siyasi vəziyyət, bölgədə və dünyada baş verən sondurum və təşkilatın fəaliyyəti ilə bağlı məsələlər müzakirə edildi.

Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü

Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü

Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü

Milli Dirçəliş Hərəkatı Partiyası Prezidentliyə namizəd irəli sürdü


MDHP Mətbuat Xidməti

Geri dön