Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezidentliyə iddiaçılar Qarabağ probleminin həlli üsullarına münasibətlərini açıqlayır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Prezidentliyə iddiaçılar Qarabağ probleminin həlli üsullarına münasibətlərini açıqlayır.

Prezidentliyə iddiaçılar Qarabağ probleminin həlli üsullarına münasibətlərini açıqlayır.


Kim müharibə istəyir?
Fərəc Quliyev: "...amma sonuc olaraq ədalətli status-kvo öz həllini tapmasa, birmənalı şəkildə hərbi yolu tələb edirik"
Əli Əliyev: "Rəsmi təbliğata start veriləndən sonra bütün məsələlərə aid fikirlərimizi açıqlayacağıq"
Əhməd Oruc: "Dağlıq Qarabağda antiterror əməliyyatının keçirilməsini istəyirik"

Prezidentliyə namizədlərin sayı durmadan artır. İddialılar sırasında, partiya sədrləri ilə yanaşı, öz şəxsi təşəbbüsü ilə bu addımı atanlar da var. Bu adamların çoxunu tanıyırıq, uzun illərdir ki, mətbuat vasitəsilə fikirləri, hadisələrə yanaşmaları ilə tanış oluruq. Onların mövqeyində prinsipial məsələlərə münasibətdə fərqli yanaşmanın olduğunu görmürük, əksər hallarda isə təkrarlanan fikirlərə rast gəlirik.

Prezident seçkiləri həm də bir təbliğat vasitəsidir. Azərbaycanın ən ciddi problemi sayılan Dağlıq Qarabağ məsələsinin nizama salınması ilə bağlı əksər siyasilər "münaqişənin sülh danışıqları ilə həll olunmasının tərəfdarıyıq" fikrini işlədir.

Maraqlıdır, prezident olmaq istəyən namizədlərin hansının platformasında konfliktin hərbi yolla həll olunmasına üstünlük verilir?

Prezidentliyə namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ məsələsinin ölkənin ən ciddi problemi olması səbəbindən bununla bağlı gizlətdikləri nəsə yoxdur: "Partiyamızın məsələyə yanaşması var. Platformamızda da onun bir qədər genişləndirilmiş formasını təqdim edəcəyik. Azərbaycan xalqı yalnız ədalətli status-kvonun bərpası ilə razılaşa bilər. Mən hətta İrəvanda Sarkisyanın öz kabinetində ona bildirmişəm ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir və bundan sonra dövlətimiz erməni əsilli Qarabağ sakinlərinin bütün hüquqlarını müdafiə etməyə hazırdır. Bizim yanaşmamıza görə, işğala birmənalı olaraq son qoyulmalıdır və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Problemin danışıqlar yolu ilə nizama salınmasını istəyirik, amma sonuc olaraq ədalətli status-kvo öz həllini tapmasa, birmənalı şəkildə hərbi yolu tələb edirik. BMT-nin də məsələyə iki yanaşması var: hərbi və qeyri-hərbi yol. Öz mandatından istifadə edib, BMT də lazım gəlsə hərb yolunu seçməlidir".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, onun seçkidə iştirak üçün olduqca mükəmməl platforması hazırlanıb":Biz platformamızda bütün problemlərə toxunmuşuq. O cümlədən ölkənin ən ağrılı problemi sayılan Dağlıq Qarabağ konfliktinin həlli məsələsinə. İndiki dönəmdə detalları açıqlamaq istəmirəm. Çünki mənim seçki platformamı hazırlayan ekspertlər qrupu ilə belə razılaşmam olub. Bu günlərdə vaxtından əvvəl bir neçə məsələyə bildirdiyim münasibət onların xoşuna gəlməyib. Rəsmi təbliğata start veriləndən sonra isə bütün məsələlərə aid fikirlərimizi açıqlayacağıq". Partiya sədri daha sonra qeyd etdi ki, Dağlıq Qarabağ probleminin həllinə olan yanaşma onların məramnaməsində qeyd edilib, hətta VİP-in simvolikasında bu müddəaya aid yanaşma üsulunun olduğunu da vurğuladı: "Bir az da səbr edək, hər şey açıqlanacaq". Prezidentliyə digər namizəd, Azadlıq Partiyasının sədri Əhməd Oruc "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə yanaşması bir qədər başqadır: "Biz bu istiqamətdə geniş təbliğat aparırıq. Mövqeyimiz ortadır. Nə hərbi, nə də sülh yolunu təklif edirik. Dağlıq Qarabağda antiterror əməliyyatının keçirilməsini istəyirik".


Məhəmmədəli QƏRİBLİ "Bakı-Xəbər" qəzeti.

Geri dön