Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda istehsal olunan avtomobillərin sayı art
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda istehsal olunan avtomobillərin sayı art

Azərbaycanda istehsal olunan avtomobillərin sayı art


Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 326 minik avtomobili istehsal olunub ki, bu da 2012-ci ilin analoji (oxşar) dövründə qeydə alınan göstəricidən 3,4 dəfə artıqdır.
Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunur ki, yanvar-iyul aylarında respublikada 147 yük maşını istehsal olunub. Bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 72,9 faiz çoxdur.
Minik və yük maşınları istehsalında olan artıma baxmayaraq, yanvar-iyul aylarında traktor istehsalında azalma müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 415 traktor istehsal edilib. Bu da 2012-ci ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 22,6 faiz aşağıdır.

Geri dön