Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qiymətli kağız bazarı niyə inkişaf etmir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Qiymətli kağız bazarı niyə inkişaf etmir?

Qiymətli kağız bazarı niyə inkişaf etmir?


Bu sahəyə marağın az olmasının səbəbini ekspert açıqladı


Azərbaycanda hələ də qiymətli kağızlar bazarı zəif olaraq qalır. Bu sahəyə nədənsə ciddi maraq yoxdur. Halbuki, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas özəyini təşkil edir. Ölkəmizdə yalnız dövlət səviyyəsində qiymətli kağızlar bazarı bir qədər inkişaf yolunu tapıb. Bu da özünü İpoteka Fondu vasitəsilə satılan qiymətli kağızlar, habelə keçirilən pullu lotereyalarda göstərir. Qiymətli kağızlar bazarında özəl sektorın çəkisi isə demək olar ki, sıfır səviyyəsindədir. Görəsən, hansı amillər özəl sektorun bu sahədə fəaliyyətinin zəif olmasını şərtləndirir?
İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, Azərbaycanda qiymətli kağızlar bazarı lazımi səviyyədə inkişaf etmədiyindən özəl sektor da ora maraq göstərmir: “Ölkədə qiymətli kağızlar bazarının inkişaf göstəricisi dedikdə həmin bazarın konyukturası və strukturundan söhbət getməlidir. Göstərici burada həmin konyukturaya uyğun olmalıdır. Bu gün Azərbaycan üçün qiymətli kağızlar bazarı sözünü işlədirik. Amma reallıqda bu bazar yoxdur. Azərbaycanda faktiki olaraq qiymətli kağızlar bazarı ya yoxdur, olsa da çox primitiv formadadır. Xarici ölkələrdə hər gün birjalarda cərəyan edən alqı-satqı hadisələrinin şahidi oluruq. Azərbaycanda isə belə hallar cəmiyyətdə sezilmir. Bu da ölkədə qiymətli kağızlar bazarının mövcud olmamasından xəbər verir. Həmin bazarın mövcud olmaması səbəbindən özəl sektorun qiymətli kağızların alqı-satqısına cəlb edilməsi də mümkün olmur. Qiymətli kağızlar bazarında dövlət sektorunun inkişafına gəldikdə isə bu əslində formal xarakter daşıyır. İpoteka Fondunun qiymətli kağızlarının satışı da həmçinin. Hökumət ən azından qiymətli kağızlar bazarının ölkəmizdə də mövcud olduğunu nümayiş etdirmək üçün bu sahəyə müəyyən qədər maraq göstərir. Qiymətli kağızlar hərraca çıxarılmırsa, onu almaq üçün azad təklif yoxdursa, kifayət qədər vəsaiti olan şəxs belə İpoteka Fondunun investisiyalarını ala bilməz. Hazırda səhmlərin gətirdiyi divident heç bir sahibkara sərf etmir”.
Günel


Geri dön