Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ələt-Astara magistralında qəzalı vəziyyət yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Ələt-Astara magistralında qəzalı vəziyyət yaranıb

Ələt-Astara magistralında qəzalı vəziyyət yaranıb


Ələt-Astara magistralının 72-ci kilometrliyində qəzalı vəziyyət yaranıb.
Cənub TV xəbər verir ki, Bakı ilə cənub regionunu birləşdirən yolun üzərində yerləşən körpüdə günün müəyyən saatlarında qısa müddətli tıxaclar meydana gəlir.
Əsas yollardan hesab olunan Bakı-Ələt-Astara magistralında Baş Mil-Muğan kollektorunun üzərində yerləşən körpüdə qəzalı vəziyyət yaranıb. Elə bu məqsədlə körpüdə əsaslı təmir tikinti işlərinə start verilib. Körpünün dəmir-beton konstruksiyaları yenilənib.
Xatırladaq ki, körpü 20 ildir ki, mütəmadi istismar edilir. Körpü oxuna 7 ton ağırlıq düşən avtomobillər üçün nəzərdə tutulsa da, burada daha ağır tonnajlı yük avtomobillərinin hərəkəti müşahidə edilir ki, bu da nəticədə körpünün tez-tez sıradan çıxmasına səbəb olur.
Qeyd edək ki, yeni salınan və hazırda tikintisi davam etdirilən Ələt-Astara magistralı istifadəyə verildikdən sonra, bu yol ikinci dərəcəli yola çevriləcək.

Geri dön