Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda verilən elektron imzaların sayı 4 faizdən çox artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycanda verilən elektron imzaların sayı 4 faizdən çox artıb

Azərbaycanda verilən elektron imzaların sayı 4 faizdən çox artıb


Avqustda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmli imzaların ümumi sayı 4,1faiz artaraq sentyabrın 1-nə 15613 ədəd təşkil edib. Bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) yaydığı hesabatda deyilir.
MHM-in məlumatına görə, avqustda mərkəz tərəfindən 616 rəqəmli imza kartı verilib.
Verilən elektron rəqəmli imzaların ümumi sayından dövlət strukturlarının payına 11 866 ədəd düşüb, 405 ədəd hüquqi şəxslərə, 3342 ədəd isə vətəndaşlara verilib.
Təsdiq edilmiş elektron xidmətlərin sayının (417 ədəd) 251-dən portalda istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı 452 ədəd təşkil edir.
2013-cü ilin yanvar-sentyabr aylarında "Elektron hökumət" (e-gov.az) portalına daxilolmaların sayı 325 mindən çox olub.

Geri dön