Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mövqelərimiz Ermənistandan və işğal altında olan ərazilərdən atəşə tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Mövqelərimiz Ermənistandan və işğal altında olan ərazilərdən atəşə tutulub

Mövqelərimiz Ermənistandan və işğal altında olan ərazilərdən atəşə tutulub


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Geri dön