Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizmi VI HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Fars şovinizmi VI HİSSƏ

Fars şovinizmi VI HİSSƏ


“Dünyada farslar qədər əfsanəyə inanan başqa bir xalq yoxdur”

Fars şovinizmi İslamda şiəliyi alaraq onu bütün İslama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əlialahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililiyi farslar yaratdılar.

İkinci maraqlı cəhət orasındadır ki, farslar İslam dininin də başına bu oyunu gətirmiş, onu gücləri çatdığı qədər mifləşdirmişlər. Fars hökmdarlarının sözləri ilə desək, "çəyirtkə, ilan-qurbağa yeyən ərəblər" (əslində belədir: üzün dönsün ey çərxi-fələk, gör nələr yapdın, nə günlərə qaldın ki, çəyirtkə, ilan-qurbağa yeyən ərəblər Kəyan taxtına əl uzatdılar!) 450 illik Sasanlı-fars imperatorluğunu bir həmlədə darmadağın edib, yüzillərlə formalaşmış fars şovinist yekəxanalığını, təşəxxüsünü sındırmışdılar. Farslar bunu heç cür həzm edə bilmirdilər. Ancaq İslamla ideyaca silahlanmış ərəblər tez bir zamanda böyük bir imperatorluq yaradandan sonra ərəb şovinizmi tüğyan elədi; bundan sonra 1270 il hər hansı bir dövlət yarada bilməyən, şahlıqdan məhrum olan fars şovinizmi bütün gücünü İslamda təxribata və fars şovinizmini tarix və ədəbiyyat vasitəsi ilə ideologiya yaratmağa yönəltdi.

Fars şovinizmi İslamda şiəliyi alaraq onu bütün islama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əlialahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililiyi farslar yaratdılar.

Farslar miflər yaratdı: "Yerin bir ipi var, o da yer üzünün valisi həzrəti-Əlinin əlindədir; onu nə vaxt tərpətsə zəlzələ olur"; "Peyğəmbər meracda olarkən plov yemiş, onunla bərabər bir əl də o plovdan yeyərək Peyğəmbərə yoldaşlıq etmişdir. Bu, Allahın yanına Peyğəmbərdən öncə getmiş Əli idi"; "İmam Hüseyn üç yaşında ikən xurma ağacının kölgəsində oynayırdı. Anası həzrəti-Fatimə gəlib gördü ki, orada bir əjdaha iki yerə parçalanıb, qorxuya düşdü, həzrəti-Peyğəmbərin yanına qaçdı. Peyğəmbər dedi: Bilirəm nəyə gəlmisən, heç təlaş keçirmə, o əjdahanı oğlun Hüseyn iki yerə parçalayıb"; "həzrəti-Hüseyn qılınc çaldı, hər qılınc çalanda 40 min baş sağa, 40 min baş sola töküldü"; daha nələr, nələr. Ulu Tanrı, sən özün bağışla!

"Fars şovinizmi və İslam" mövzusuna bu yazının sonunda bir də qayıdacağıq.
Öndə dediyimiz kimi, farslar mifləri gerçək tarix, gerçək tarixi mif yapmaqda bəlkə də dünyanın ən mahir xalqıdır. Gerçək, həm də sosiologiya, təbiətşünaslıq və fəlsəfə ilə çuğlaşmış bir din olan zərdüştlüyü min il boyu mifləşdirərək islam və xristianlıq qarşısında məğlub durumuna gətirdilər. Sözsüz ki, mifləşmiş zərdüştlük gerçək həyata daha çox yaxın olan İslamın qarşısında tab gətirə bilməzdi və gətirmədi də!

Farslar öncə öz tarix və ədəbiyyatlarını, bacardıqca dünya tarix və ədəbiyyatını öz xeyirlərinə mifləşdirmişlər. Mif təntənə çalan yerdə gerçək bilikdən danışmaq həqiqətə, elmə, biliyə istehzadan başqa bir şey deyil. Dünyanın böyük bilik korifeylərindən olan türk dahisi Məhəmməd Əbu Reyhan Biruni (973-1048) demişdir: "Fars dili Xosrov Ənuşirəvan əfsanələri yaratmaqdan başqa bir şeyə yaramır". On doqquzuncu yüzilin görkəmli türk alimi, filosof və yazısıçı Mirzə Fətəli Axundzadə (1812-1878) demişdir: "Dünyada farslar qədər əfsanəyə inanan başqa bir xalq yoxdur".

Öncə demişdik ki, farslar əfsanələri - mifləri özlərinə tarix etmək üçün, tarixi isə özlərinin xeyrinə mifləşdirmək - əfsanələşdirmək üçün dəridən-qabıqdan çıxmış, bu yolda türk, Bizans, Suriya, ərəb, hətta Britaniya və Rusiya imperatorluqlarının saraylarının qapılarında yüzillərlə təzim edərək, dondan-dona girərək sürünməklərini sürdürmüşlər.
Hikmətlə yanaşı, əfsanə, nağıl, yaltaqlıq və hiyləgərliklə dolu "Kəlilə və Dimnə"ni Hindistandan oğurlayıb gətirmək üçün bir fars alimi öz ömrünün çoxunu hind saraylarında bir casus kimi çürütməyə razı olmuş, sonda istədiyinə çatmışdır.

Bizim bu dediklərimizin doğruluğuna azacıq şübhə ilə baxanlar buyurub fars xalqının əvəzsiz yaradıcılığı sayılan və farslarda dünyanın müqəddəs kitabları ilə yan-yana tutulan "Şahnamə"ni bircə dəfə vərəqləsinlər.
Nə üçün "Şahnamə"ni fars xalqının yaradıcılığı sayırıq? Deyə bilərlər ki, bu ki, Firdovsinin əsəridir. Gəlin Firdovsinin öz dediyinə baxaq. O, "kitabın hazırlanması barədə" başlığı altında:

Mənim sözlərimdə tapılmaz yalan,
Nə əfsun, nə əfsanə yazdım, inan!
Ağılla oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər -

yazmasına baxmayaraq, görün həmən yerdə kimi tərif edir və ona haqq qazandırır. Bunu ondan qabaq onun sələfləri, fars dastançıları - əfsanə yazanları yapmışdır:

Qədimlərdə vardı böyük bir kitab,
Dəyərliydi, dastanları bihesab.
Uzun illər gəzdi o əldən-ələ,
Onu hər kəs istərdi əzbər bilə.
Yetişdi nəcibzadə bir pəhləvan -
Ağıllı, cəsarətli, söz anlayan,
Qədim dövr tarixini öyrənən,
Əsatirə min dürlü məna verən.
Bütün ölkədən yığdı möbidləri,
Tapılsın deyə hər sözün cövhəri.


Bəli, bu tarixçi, əsatirçi (mifçi) "qəhrəman" möbidləri (din xadimlərini, din böyüklərini) də bir araya gətirib, nə edir?

Böyüklər ona söylədi birbəbir
Qədim şahların macərası nədir.
Rəvayətləri dinlədi qəhrəman,
Gedib başladı bir böyük dastan.
O da dünyada qoydu bir yadigar,
Böyüklər onu hörmət ilə anar.


Buradan hamıya aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra "Şair Dəqiqinin dastanı" bölməsində əvvəlki fikrini davam etdirərək yazır:

Kitabdan bu dastanları bir zaman
Seçib, sevdi söz qədrini anlayan.
Ağıllı, bilikli adamlar ki var,
Bu dastanların aşiqi oldular.
Yetişdi, nəhayət, igid bir cavan -

Gözəl söz deyən, təbii, şeri rəvan.
Dedi: - Bu kitabı çəkim nəzmə mən.

Ona "afərin" söylədi hər görən.
Qara bəxt əlindən alıb içdi cam,
Ölüb getdi, qaldı əsər nat amam.


Buradan hamıya aydındır ki, Firdovsi şair Dəqiqinin yazdığı "Şahnamə"dən danışır. Belə ki, Dəqiqi də keçmiş əfsanələri, əfsanələşdirilmiş (mifləşdirilmiş) İran-fars tarixini nəzmə çəkmiş, min (1000) beyt (2 min misra) yazmışdır. Dəqiqini öz xidmətçisi gənc yaşında öldürmüş, əsər yarımçıq (natamam) qalmışdır. Firdovsi həmən "Şahnamə"ni götürmüş, həmən şer vəzni ilə davam etdirmişdir. Dəqiqinin min beyti indi Firdovsinin adına yazılan "Şahnamə"dədir. Dəqiqinin yarımçıq (natamam) "Şahnamə"sini bitirmək niyyətində olan Firdovsi yazır:

Dedim onda mən: -Bəxtim olsa kömək
Yazıb bu kitabı bitirmək gərək.
Deyirdim: -Bu işdə geciksəm əgər,
Girər ortaya başqa bir bəxtəvər.


Geri dön