Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Bilik günü qeyd edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda Bilik günü qeyd edilir

Azərbaycanda Bilik günü qeyd edilir


Prezident yeni təmir olunmuş orta məktəbdə olub

Bu gün respublikanın orta və ali təhsil müəssisələrində yeni tədris ili başlayır.Pirezident İlk tədris günü yeni təmirdən çıxan Yasamal rayon ərazisindəki Eldar Məmmədov adına 21 saylı tam orta məktəbdə olub.
Məktəbin direktoru Ceyhun Bayramlı bildirdi ki, 960 şagirdi olam təhsil ocağının əsaslı təmirindən sonra yeni korpusunun açılışı da olub. Açılışda Prezident İlham Əliyev də iştirak edib. “Bu gün çox fərəhli bir gün yaşayırıq. Bütün Azərbaycanda "Bilik günü"dür. Məktəbimizdə təzə korpus tikilib. Bundan əlavə məktəbimiz əsaslı təmir edilib. Cənab prezident İlham Əliyev məktəbimizdə olub. Ötən illərə nisbətən 2012-2013-cü tədris ilində 11-ci siniflərimizin 47,6 faizi ali məktəblərə qəbul olunub. 3 məzunumuz 500-dən çox, 1 məzunumuz isə 600 bal toplayıb”.

Məktəbdə bu il 120 şagir I sinifə daxil olub. I sinif üzrə 6 Azərbaycan bölməsi var. XI sinifdə isə 42 şagir təhsil alır mətkəbdərus bölməsi yoxdur.

Məktəbdə olarkən Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Nişad Mehdiyevlə də görüşdük.Müşahidələrində hələ bir qüsur aşkarlamayıb. Məktəbdə dərs vəsaiti bütün şagirdlərə paylanıb.

Deyilənləri dinlədikdən sonra məktəbə baxış keçirdik. 3 mərtəbəli məktəbdə hər bir vəsaitlə təchiz olunmuş emalatxana, idman zalı və zəngin kitabxana var. Bundan əlavə, məktəbin arxasında süni ot örtüyü ilə döşənmiş futbol meydançası da mövcud idi.
Xatırladaq ki, 2013-2014-cü dərs ilində ölkənin ümumtəhsil məktəblərinin birinci siniflərinə 141166 şagirdin gedəcəyi gözlənilir. Onlardan 74998 nəfəri oğlan, 66168 nəfəri isə qızdır. 2012-2013-cü dərs ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135541 nəfər olub. Onların da 73182-si oğlan, 62359 nəfəri qızdır.

Geri dön