Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyalı ekspert: Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Rusiyalı ekspert: Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır

Rusiyalı ekspert: Ermənistan Azərbaycan Silahlı Qüvvələrinə ciddi yanaşmalıdır


"Ermənistan tərəfi mümkün qədər tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir"
Siyasət Rusiyalı ekspert ermənilərə Azərbaycan hərbi gücünə və Silahlı Qüvvələrinə ciddi yanaşmağı məsləhət görüb. Bu barədə erməni jurnalistləri ilə söhbətində Rusiya Analitika Mərkəzinin rəhbəri Andrey Yepifansev bildirib:

“Generallar həmişə keçən döyüşlərdə səhv və çatışmazlıqlar axtarırlar, amma ermənilər isə həmişə bildirirlər ki, onlar Azərbaycan üzərində qələbə çalıblar və yenə də müharibə başlasa, qalib gələcəklər.”

“Bu böyük səhvdir. Bu gün Bakıda ordu tamam başqadır və döyüşün nəticəsinin necə olacağı məlum deyil". Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez Azərbaycana qarşı olan qalib əhval-ruhiyyəsini dəyişməlidir.

Qarabağ münaqişəsinin həll edilməsində Rusiyanın mümkün dəstəyi ilə bağlı suala gəlincə isə Andrey Yepifansev bildirib ki, Rusiya hərbi bazası Ermənistanı Azərbaycana kömək məqsədilə Türkiyədən gələn zərbədən qoruyacaq.

Geri dön