Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev bələdiyyələrlə bağlı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Fərəc Quliyev > Fərəc Quliyev bələdiyyələrlə bağlı

Fərəc Quliyev bələdiyyələrlə bağlı


-Bələdiyyələrin torpaq sahələrindən istifadə olunsun
-Bələdiyyələrə ayrılan vəsait artırılsın
-Bələdiyyələrin nüfuzu artırılsın
-icra hakimiyyətinin səlahıyyətlərinin bir hissəsi bələdiyyələrə verilsin



Prezidentliyə namızəd Fərəc Quliyev Bələdiyyələrin səlahıyyətlərini artırmaq niyyətindədir. Bu barədə o, millət vəkili kimi Milli Məclisdə də öz təklifin irəli sürmüşdür. Haırda prezidentliyə namizəd kimi seçki platformasına daxil etdiyi yerli özünüidarəetmənin nüfuzunun artırılması proqramını o bir müddət əvvəl hazırkı hakimmiyyətə təklif etmişdir. Lakin göründüyü kimi hakimiyyət buna maraqlı deyil. Çünki, hazırkı hakimiyyət icra hakimiyyəti strukturlarının geniş səlahıyyətdə olmasını istəyir.
F.Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının seçki platformasında yerli özünüidarəetmənin nüfuzunun artırılması yerli əhalinin hüququnun etibarlı qorunması kimi izah olunur. Bu istiqamətdə F.Quliyev MM-də hökumətə verdiyi təklifdə bildirmişdir ki, hüquq pozuntularının işini ancaq inzibati yollarla aradan qaldırmaq mümkün deyil. Bunun üçün o, bələdiyyələrə ayrılan vəsaiti artırmaqla onların nüfuzundan yararlanmağı təklif etmişdir: “Bələdiyyələrin fəaliyyətində qanunçulugun gücləndirilməsi yerli özünüidarənın nüfuzunun artmasına və yerli əhalinin hüququnun etibarlı qorunmasına xidmət edir. Amma, qanunsuzluğa yol verilməməsi, hüquq pozuntularının aradan qaldırılması təkcə inzibati metodların tətbiqi ilə mümkün deyil. Demokratik idarəçilik qaydalarının pozulması– istər daimi komisiyaların işinin düzgün təşkil edilməməsi, istər seçicilər qarşısında hesabat verilməməsi və ya büdcə layihəsinin müzakirəsinə yerli əhalinin cəlb edilməməsi kimi hallar müəyyən səbəblərlə, daha çox maliyyə sıxıntısı ilə baglıdır.”
F.Quliyevin platformasında bələdiyyələrlə işin düzgün qurulması və bununla da əyalət siyasətinin və regional iqtisadi inkişafın proqramı ortaya qoyulmuşdur. Prezidentlyə namizəd F.Quliyev hesab edir ki, bələdiyyə torpaqlarından səmərəli istifadə mühüm şərtdir. Çünki, bu halda bələdiyyəyə ayrılmış vəsait özlüyündə investisiya xarekteri daşımış olur ki, nəticədə sərf olunan vəsait gəlir gətirir, yerli əhali üçün iş yerləri açılır, böyük məbləğdə idxal məhsulları öz istehsalımız hesabına azaldılır. Bu isə dövlətin iqtisadi inkişafında ciddi bir addımdır. Bu barədə F.Quliyev millət vəkili kimi MM-dəki çıxışında da hökuməti bələdiyyələrlə işin düzgün qurulmamasında tənqid etmiş və öz təkliflərini vermişdir: “Bələdiyyələrlə işin dogru qurulması həm də əyalət siyasətinin, qeyri-neft sektorunun inkişafı demekdir. Bu mənada bələdiyyə torpaqlarından səmərəli istifadə mühüm şərtdir. Məsələyə bir tam kimi baxilsa, bələdiyyələrə ayrılan vəsait investisiya xarakterli olar. Ölkəmiz 8 milyard manatlıq qeyri-neft sektoruna aid idxal məhsulunun demək olar ki, hamısını istehsal edə bilər. Bələdiyyələrə normal miqdarda dövlət vəsaitinin ayrılması bu qurumu fəalittətsizlikdən də qurtarar, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verə bilməsinə, qanunsuzluqların aradan qalxmasına səbəb olar.”
Həmin çıxışında millət vəkili bu səbələrdən dövlət büdcəsindən bələdiyyələr üçün nəzərdə tutulan vəsaitin bir neçə dəfə artırılmasını təklif etmişdir.
Hazırda prezidentliyə namizəd olan Fərəc Quliyev seçiləcəyi təqdirdə nəinki bələdiyyələrin səlahıyyətlərinin icrası üçün şərait yaradıb onların fəaliyyətsizliyini aradan qaldırmaq niyyətindədir, həm də yerli özünüidarə sisteminin nüfuzunun artması üçün icra hakimiyyəti orqanlarının səlahıyyətlərinin də bir hissəsini bələdiyyələrə vermək niyyətindədir. Bu isə inkişaf etmiş bir çox ölkələrdə sınaqdan çıxmış demoqratik bir təcrübədir.

Milli Dirçəliş Hərəkatı Partiyasının
Mətbuat xidməti

Geri dön