Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda anomal hava şəraiti davam edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda anomal hava şəraiti davam edəcək

Azərbaycanda anomal hava şəraiti davam edəcək


Sabah Azərbaycanda anomal hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı bildiriblər ki, anomal hava şəraiti noyabrın 25-də də davam edəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-dən 25-nə keçən gecə hava yağıntılı olacaq, qar yağacaq, səhər tədricən kəsiləcək. Günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 25-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 0-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Qeyd edək ki, noyabrın 23-ü günortadan sonra soyuq hava kütləsinin Azərbaycan ərazisinə daxil olması nəticəsində temperatur 5-8 dərəcə enib. Bakıda və əksər rayonlarda sulu qar və qar yağır.

Geri dön