Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hidayət Orucov: “Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Hidayət Orucov: “Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır”

Hidayət Orucov: “Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır”


“İmama yas saxlamaq adı altında zəncir vurmaq, baş yarmaq bir çoxlarının hələ də İmam Hüseyn məktəbinin mahiyyətindən xəbərsiz olduğunu göstərir”

“Bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır. Xocalı soyqırımını törədənlər Kərbəla müsibətinin günahkarlarından daha amansız və qəddar davranıblar. Kərbəla müsibəti davam etdiyi halda, “İmama yas saxlamaq” adı altında zəncir vurmaq, baş yarmaq, üz cırmaq, saç yolmaq və şəbeh tamaşaları hazırlayıb Yezid icad etmək içimizdən bir çoxlarının hələ də İmam Hüseyn məktəbinin mahiyyətindən xəbərsiz olduğunu göstərir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Məhərrəmlik ayının başlanması və Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən Qazılar Şurasının geniş tərkibdə yığıncağında deyib. H. Orucov deyib ki, yas saxlamaq, təziyə mərasimləri keçirmək normal haldır: “Amma unutmayaq ki, Qarabağ yarası sağalmayıb və xalqımızın Kərbəlası hələ də qalır, deməli, İmam Hüseyn kimi, şəhidliyi gözə alıb, düşmənlə mübarizəyə, savaşa atılmağı da düşünməliyik”.
O, Azərbaycandakı sabit dini durumu mövcud dövlət və din münasibətlərinin keyfiyyət göstəricisi, prezident İlham Əliyevin uğurlu din siyasətinin nəticəsi kimi dəyərləndirib. Məhərrəm ayının fəzilətlərilə yanaşı, onun bəzi xarakterik tərəflərinə də aydınlıq gətirən Dövlət Komitəsinin sədri şəhidlik fəlsəfəsini haqq-ədalət mübarizəsi, Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda rəşadət göstərmək tərbiyəsi kimi səciyyələndirib.
H. Orucov deyib ki, təziyə günlərinin hüzn mədəniyyətimiz şəraitində keçməsində din adamlarının rolu böyükdür: “Qanun, haqq və ədalət naminə hər addım, hər təklif dəstəklənəcək”.

Geri dön