Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunun polkovniki yol qəzasına düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan Ordusunun polkovniki yol qəzasına düşüb

Azərbaycan Ordusunun polkovniki yol qəzasına düşüb


Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunda baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, polkovnik Zaur Yusifov xidməti avtomobili ilə qəzaya düşüb. Nəticədə zabit ağır yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib. Hadisə baş verən zaman Z. Yusifovla birgə maşında əsgər də olub. Xoşbəxtlikdən əsgər xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Geri dön