Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəbhədə erməni təxribatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Cəbhədə erməni təxribatı

Cəbhədə erməni təxribatı


Azərbaycan Ordusunun mövqeləri Gədəbəy, Qazax, Goranboy, Füzuli istiqamətindən gecəboyu atəşə tutulub
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Baş Qərvənd, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Geri dön