Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan-İran sərhədində atışma: İran tərəfindən güllə atılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Naxçıvan-İran sərhədində atışma: İran tərəfindən güllə atılıb

Naxçıvan-İran sərhədində atışma: İran tərəfindən güllə atılıb


İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib.
Sırağagün axşam saat 18.15 radələrində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işlərini aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyindən “Ans-press”ə verilən məlumata görə, həmin vaxt sürücü atəşdən yayınmaq məqsədi ilə özünü traktordan ataraq dambanın arxasına keçib.
Ərazidə xidmət aparan sərhədçilər atəş səslərini eşidib hadisə yerinə gələrək baxış keçiriblər və aidiyyəti üzrə məlumat veriblər.
İlkin araşdırma zamanı müəyyən edilib ki, atılan 7,62 millimetrlik güllələrdən ikisi traktorun radiatoruna, biri isə sürücü kabinəsinin yan hissəsinə dəyib. Həmçinin traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti sübut edir ki, atəş İran İslam Respublikası ərazisindən açılıb.
Hadisə ilə bağlı qarşı tərəf məlumatlandırılıb və izahat tələb edilib. Hazırda təhqiqat-ekspertiza işləri davam etdirilir.

Geri dön