Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”

Fərəc Quliyev: “Bu gün PKK-ya, sabah ermənilərə qarşı”


Müsahibə: "simsar.az" saytı: Aysel Kərimova
Prezidentliyə keçmiş namizəd: “Türkiyədən döyüş helikopterlərinin alınması uyğun variantdır”

“Azərbaycanın müharibə şəraitində yaşadığı bir vaxtda Türkiyənin T-129 ATAK döyüş helikopterinə maraq göstərməsi təqdirəlayiq addım hesab etmək olar”. Bu sözləri Simsar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Prezidentliyə keçmiş namizəd Fərəc Quliyev deyib.
“Mən Milli məclisin iclasında bir neçə il əvvəl təklif etmişdim ki,Azərbaycan Türkiyə ilə mədəni-iqtisadi münasibətləri hərbi-siyasi müstəviyə keçirtməyi bacarmalıdır. Hərbi sənayə ilə bağlı qardaş ölkə ilə yeni əməkdaşlığın qurulması əlverişli haldır”.

Həmçinin komitə üzvü T-129 ATAK helikopterlərin alınmasından başqa gələcəkdə də ortaq silah istehsalını, Azərbaycanın silah arsenalının Türkiyə silahları ilə artırılmasının uyğun variant olduğunu bildirib.

“ Milli məclisdə təkliflərimdən biri də Azərbaycan və Türkiyə Asayişi Birgə Mühafizə qüvvələrinin hazırlanması idi. Bu gün həmin qüvvələr Türkiyədə PKK-ya qarışı, sabah Qarabağda erməni seperatçılarına, Ermənistanın işağalçı qüvvələrinə qarşı birgə döyüşə bilərlər”.

“Azərbaycanın Türkiyədən helikopterlərin alınması ilə bağlı hər hansı qərar verilərsə bunu alqışlamaq lazımdır.” - Fərəc Quliyev bildirib.

Xatırladaq ki, Azərbaycan Türkiyənin T-129 ATAK döyüş helikopterinə yaxından maraq göstərməsi ilə bağlı Türkiyədə helikopterin istehsalçısı olan TAİ şirkətindən məlumat yayıbılıb.
Azərbaycan tərəfi Türkiyə Milli Müdafiə Nazirliyi vasitəsi ilə helikopterin qiymətlərini öyrənib: «İlkin olaraq bizdən 2 ədəd ATAK-ın qiyməti istənilib. Türkiyə Müdafiə Nazirliyi Azərbaycana ATAK-ın Türkiyə Silahlı Qüvvələrinə müəyyənləşdirilmiş qiymətini təqdim edib.
Türkiyə tərəfi T-129 ATAK helikopterini 2014-cü ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində əyani nümayiş etdirmək niyyətindədir.

"simsar.az" saytı Aysel Kərimova

Geri dön