Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sənayedə çalışan muzdlu işçilərin orta aylıq əmək haqqı 642,6 manata çatmışdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Sənayedə çalışan muzdlu işçilərin orta aylıq əmək haqqı 642,6 manata çatmışdır

Sənayedə çalışan muzdlu işçilərin orta aylıq əmək haqqı 642,6 manata çatmışdır


Cari ilin yanvar-sentyabr aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 182,1 min nəfər, onların orta aylıq əmək haqqı isə 8,2 faiz yüksələrək 642,6 manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, işçilərin 37,5 mini mədənçıxarma, 90,9 mini emal, 30,2 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 23,5 min nəfəri su təchizatı tullantılarının təmizlənməsi və emalı bölmələrində cəmləşmişdir.
Qeyri-dövlət sənaye müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 8,2 faiz artaraq 747,8 manat olmuşdur.

Geri dön