Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Parlamentinin sədri: Ukrayna və Ermənistanın qərarı Rusiyanın təzyiqləri ilə əlaqədardır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Avropa Parlamentinin sədri: Ukrayna və Ermənistanın qərarı Rusiyanın təzyiqləri ilə əlaqədardır

Avropa Parlamentinin sədri: Ukrayna və Ermənistanın qərarı Rusiyanın təzyiqləri ilə əlaqədardır


Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan və Moldovanı təbrik edərək Ukrayna və Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etmələrindən məyus olduğunu bildirib.


UNİAN-ın verdiyi məlumata görə, M. Şults deyib ki, “Şərq tərəfdaşlığı” AB və onun şərqdəki qonşularını vətəndaşların rifahı naminə yaxınlaşdıran vacib layihədir. O, Vilnüs sammitini bu prosesdə önəmli addım olduğunu söyləyib: “Mən Moldova və Gürcüstanı AB ilə assosiasiya sazişini paraflamaq barədə qərarları ilə əlaqədar təbrik edirəm. Lakin mən Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina etmələrindən dərin məyusluq keçirirəm. Təəssüfləndirici hal odur ki, bu ölkələrin öz seçimlərinə yenidən baxmaları xarici təzyiqlə əlaqədardır. Biz aydın və ucadan bəyan etməliyik ki, Rusiyanın bizim qonşularımıza qarşı iqtisadi və siyasi təzyiqləri qəbuledilməzdir”.



AP rəhbəri sonda vurğulayıb ki, assosiasiya sazişi imzalamaq üçün AB-nin qapıları açıqdır və Avropa Birliyi xalqların Avropa ümidinə heç vaxt əngəl olmayacaq.

Geri dön