Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-nin İnsan Haqları Komitəsi internet istifadəçilərini qoruyan sənəd qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > BMT-nin İnsan Haqları Komitəsi internet istifadəçilərini qoruyan sənəd qəbul edib

BMT-nin İnsan Haqları Komitəsi internet istifadəçilərini qoruyan sənəd qəbul edib


BMT-nin İnsan Haqları Komitəsi internet istifadəçilərinin şəxsi həyatına müdaxilədən, o cümlədən xüsusi xidmət orqanlarından qorumağa yönəlmiş qətnamə qəbul edib.

Komitənin yekdilliklə qəbul etdiyi qətnamə BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.

Qətnamə siyasi və mülki hüquqlar haqda beynəlxalq paktda (1966-cı il) nəzərdə tutulan şəxsi həyatın və yazışmaların müdafiəsi hüququnu internet istifadəçilərinə də şamil edir.

Sənəd müəllifləri qətnamədə ayrı-ayrı dövlətlərin və korporasiyaların internet vasitəsilə istifadəçilərin şəxsi məlumatlarına giriş əldə etməsindən narahat olduqlarını ifadə ediblər.

Qətnamə layihəsi ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramları ətrafında yaranmış qalmaqaldan sonra hazırlanıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden bu yay ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. O bildirib ki, ABŞ-ın kəşfiyyat orqanları nəhəng “Verizon” mobil operatorunun bütün zənglərinə giriş əldə edib. Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytların elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı ortaya çıxarıb.

Snoudenin açıqlamalarından sonra Amerika hökuməti hüquq müdafiəçilərinin və xarici dövlətlərin tənqidinə məruz qalıb.

Geri dön