Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda vətəndaşsızlıq məsələlərinə dair məşvərət iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Bakıda vətəndaşsızlıq məsələlərinə dair məşvərət iclası keçirilib

Bakıda vətəndaşsızlıq məsələlərinə dair məşvərət iclası keçirilib


Bakıda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə vətəndaşsızlıq məsələlərinə dair məşvərət iclası keçirilib.



vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il Konvensiyasının 60 illiyinə həsr olunmuş iclasda Azərbaycanın dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edib.


Tədbiri giriş sözü ilə açan BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, Azərbaycanda vətəndaşsızlıq məsələsində problem olmamalıdır: “Bir neçə dəfə bununla bağlı qərarlar imzalanıb. 1998-ci ildə Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinin çoxuna vətəndaşlıq hüququ verildi. Belə ki, 250 min Ermənistandan gələn, 50 min Məhsəti türkü, 7 min isə İrandan gələnlər idi. Ancaq etiraf edək ki, bir çox qərarlar imzalansa da, hələ də ölkədə vətəndaşsızlıq haqqında müəyyən problemlər yaşanır. Bu gün Azərbaycanda 4500 şəxs aşkarlanıb ki, onların hələ də vətəndaşlıq sənədi yoxdur. Yəni onların sənədləşməsi ilə bağlı problemlər var”.


Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə vurğulayıb ki, Azərbaycan vətəndaşlıq və vətəndaşsızlıqla bağlı bir sıra beynəlxalq müqavilələrə və konvensiyalara artıq qoşulub: «Vətəndaşlıq məsələlərini və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib. Azərbaycan elə bir məkanda yerləşir ki, bura başqa ölkələrdən qaçqınlar gələ bilər. Məncə, Azərbaycanda olan məcburi köçkünlərin də statusunun müəyyənləşdirilməsi vacibdir”.


Digər tədbir iştirakçıları da bu sahədə mövcud olan durumdan və problemlərin mümkün həlli yollarından danışıblar.

Geri dön