Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı

Müxalifət Prezidentin siyasi mədəniyyət barədə dedikləri ilə razılaşdı


Fərəc Quliyev: "Bu özünü daha çox son prezident seçkiləri zamanı keçirilən debatlarda göstərdi"
"Ölkə başçısının Azərbaycanda siyasi mədəniyyətin artması ilə bağlı dediyi fikri bəyənir və onu təqdir edirəm"


Prezidentin baş redaktorlarla görüşdə səsləndirdiyi fikirlər arasında bir mövzu xüsusilə diqqəti çəkib. Təsadüfi deyil ki, son günlərin ən gərgin müzakirələri də məhz bu istiqamətdə aparılır. Siyasi təşkilatlarda "Prezident bizimlə dialoqa yaxşı baxır" deyiminə əsaslanan bir canlanma var.

Bəs, Prezidentin hansı sözləri onun siyasi partiyalarla dialoqa yaxşı baxması barədə nəticə çıxaranlara ümid verib?

İlham Əliyev redaktorlarla görüşdə dedi ki, siyasi baxışlar müxtəlifdir və bu təbiidir, siyasi mübarizə aparılır, aparılmalıdır: "Əlbəttə, mən istərdim bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır. Media nümayəndələri də, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidir". Daha sonra isə Prezident hamının Azərbaycan vətəndaşı olduğunu və fərqli siyasi baxışlara malik olduğunu qəbul edərək, ancaq əsas amallar ətrafında bir olmalı olduğumuzu bəyan etdi.

Son bir neçə gün bu fikirlər siyasi partiya çevrələrində böyük canlanma yaradıb. Hamı ümidlənib, hərə Prezidentin sözlərindən bir cür nəticə çıxarır.

Ölkə başçısının "son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır" fikri özünü hansı sahələrdə göstərir?

Prezidentliyə keçmiş namizəd, millət vəkili Fərəc Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, Prezidentin məlum fikri ilə tam razıdır. Müsahibimizin sözlərinə görə, bu özünü daha çox son prezident seçkiləri zamanı keçirilən debatlarda göstərdi: "Namizədlərin davranışı, konseptual çıxışı, seçicilərlə görüşdə nümayiş etdirdikləri mədəniyyəti, rəqiblərə münasibətdə təmkinləri bunu deməyə əsas verir. Təbii ki, həmin debatlarda hər kəs eyni səviyyədə davranmırdı. Ümumi anlamda isə irəliləyiş hiss olunurdu. Namizədlərin əvvəlki seçkilərdən fərqli olaraq alternativ fikirlərə konseptual yanaşma bacarığı özünü büruzə verirdi. Fizikəl mübarizə metodlarından daha çox yaxşı idarəetmə platformasını ortaya qoymaq bacarığı da mədəni inkişafın artmasına dəlalət edir. Bu baxımdan da ölkə başçısının Azərbaycanda siyasi mədəniyyətin artması ilə bağlı dediyi fikri bəyənir və onu təqdir edirəm. Fikrimcə, əqidəyə, mənəviyyata söykənən siyasətə yalnız yaxşı qiymət vermək olar. İstənilən yarışın qaydalarına hörmət olunmalıdır. Son seçkilərdə biz bunu gördük".

Millət vəkili Prezidentin redaktorlarla görüşündən sonra iqtidarla müxalifət arasında dialoqun olacağı ilə bağlı səslənən fikirlərə də münasibətini açıqladı. Onun fikrincə, ölkədə istənilən məsələ ətrafında dialoq var: "Belə bir təmasın ümumiyyətlə olmadığını demək doğru olmazdı. Bəzən bu, kütləvi informasiya vasitələrinin dili ilə aparılır, bəzən isə parlament müxalifətinin qaldırdığı məsələlər ətrafında özünü büruzə verir. Prezidentin qaldırdığı məsələlərə cəmiyyətin verdiyi reaksiyanı da dialoq saymaq olar. Ola bilər ki, konkret mövzunu müəyyənləşdirərək bir masa ətrafında onun barəsində müzakirələrin aparılması çatmır. Məsələn, Qarabağ mövzsunun müzakirəsi. Yəqin ki, bu da olacaq".



Məhəmmədəli QƏRİBLİ

Geri dön