Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əcnəbilərin Azərbaycandan məcburi çıxarılması cəzası tətbiq ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Əcnəbilərin Azərbaycandan məcburi çıxarılması cəzası tətbiq ediləcək

Əcnəbilərin Azərbaycandan məcburi çıxarılması cəzası tətbiq ediləcək


Azərbaycanda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ölkədən məcburi çıxarılma cəzası tətbiq ediləcək.Parlament bununla bağlı dekabrın 3-də Cinayət Məcəlləsinə dəyişikliyi qəbul edib.

Dəyişikliyə əsasən, bir ildən artıq olmayan həbs cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıla bilər.

Belə şəxslərin Azərbaycana gəlmək hüququ onların məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.

Digər dəyişikliyə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, ölkədə qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil edənlər 2 min manatdan 5 min manatadək miqdarda cərimələnəcək və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, təkrar törədildikdə, insan həyatı üçün təhlükəli üsulla törədildikdə daha sərt cəzalar tətbiq olunacaq.

Geri dön