Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nigar Rəfibəyli bu dəfə Berlində anılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Nigar Rəfibəyli bu dəfə Berlində anılacaq

Nigar Rəfibəyli bu dəfə Berlində anılacaq


Dekabrın 9-da Berlindəki Humboldt Universitetinin Ziyafət salonunda görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin 100 illiyinə həsr olunmuş “Məlum olmayan həqiqətlər” adlı ədəbi-bədii gecə keçiriləcək.

Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tədbir Almaniya Azərbaycanlıları Əlaqələndirmə Mərkəzinin, Humboltd Universitetinin Azərbaycan tarixi kafedrasının, Azərbaycan-Avropa Cəmiyyətinin (TEAS) təşkilatçılığı və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.

Xəbərdə bildirilir ki, gecədə Nigar xanımın şeirləri və sözlərinə yazılmış mahnılar səslənəcək.

Ötən həftə Nigar xanım Rəfibəylinin yubileyi Dövlət Filarmoniyasında qeyd olunmuşdu.

Geri dön