Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Avropa Birliyi arasında mobillik üzrə tərəfdaşlıqla bağlı saziş imzalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan və Avropa Birliyi arasında mobillik üzrə tərəfdaşlıqla bağlı saziş imzalanıb

Azərbaycan və Avropa Birliyi arasında mobillik üzrə tərəfdaşlıqla bağlı saziş imzalanıb


AB mətbuat xidmətinin verdiyi məlumata görə, sazişə AB-nin daxili işlər üzrə komissarı Sesiliya Malmström və Azərbaycanın AB yanında nümayəndəliyinin rəhbəri və Belçikadakı səfiri Fuad İsgəndərov imza atıblar.


Azərbaycanla AB arasınba miqrasiya və mobillik sahəsində gələcək əməkdaşlığın çərçivəsini müəyyənləşdirən sənədin imzalanmasından sonra S. Malmström bildirib ki, bu sənəd Azərbaycan və AB vətəndaşlarının yaxınlaşması istiqamətində daha bir vacib addımdır.



Saziş miqrasiya sahəsində, xüsusən qaçaqmalçılar və insan alveri ilə məşğul olanlarla mübarizə məsələlərində əməkdaşlığı gücləndirməyə imkan yaradacaq. Avropa Birliyi artıq Gürcüstan, Ermənistan, Moldova və Mərakeşlə bu cür sazişlər imzalayıb. Azərbaycan AB ilə mobillik üzrə tərəfdaşlıqla bağlı danışıqlara 2012-ci ilin fevralında başlayıb və bu ilin payızında başa çatdırıb.

Geri dön