Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «...hər an müharibə gözlənilir, yəni döyüş bitməyib» -Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar, Fərəc Quliyev > «...hər an müharibə gözlənilir, yəni döyüş bitməyib» -Müsahibə

«...hər an müharibə gözlənilir, yəni döyüş bitməyib» -Müsahibə


Fərəc Quliyev: «Nə kəm-kəsirlərimiz varsa, qapalı şəkildə müzakirə edib aradan qaldırmalıyıq»

Cəmiyyətdə və ölkədə baş verən bir sıra problemlər var ki, son günlər onların bir hissəsi artıq parlamentdə də səsləndirilir. Həmin problemlər əksər hallarda ciddi müzakirəyə səbəb olmasa da, ən azından ayrı-ayrı deputatlar tərəfindən təkliflər formatında irəli sürülür. Müzakirəyə çıxarılan problemlər içərisində təıhlükəsizlik, işsizlik və regionların inkişafı kimi məsələlərlə yanaşı, büdcə və əhalinin sovet dövründə banklarda batan əmanətlərinin qaytarılması ilə bağlı layihələr xüsusi önəm kəsb edir. Bütün bunlara Milli Dirçəliş Hərəkatının sədri,Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Azərbaycanın Avropa Parlament Assambleyasındakı nümayəndə heyyətinin üzvü, millət vəkili Fərəc Quliyevlə aydınlıq gətirməyə çalışdıq.

- Fərəc bəy, parlamentdə mandat aldıqdan sonra seçicilərinizlə görüşlər təşkil edib, problemləri ilə maraqlanırsınızmı?

- Bəli, seçicilərimlə mütəmadi görüşlərim olur. Qaraçuxur Bələdiyyəsində mənə deputat otağı ayrılıb. Mənim köməkçim hər gün saat 10-dan 18-dək orada olur, seçicilərlə mütəmadi görüşür. Mən özüm də hər şənbə günü seçiciləri qəbul edirəm. Bundan əlavə, Milli Məclisdə də seçiciləri qəbul edir, onların problemləri ilə maraqlanıram. Telefonum da seçicilərə açıqdır, hətta mobil nömrəmi də orada qoymuşam ki, seçicilərin problemi olanda zəng edib müraciət etsinlər. Demək olar ki, müraciət edən seçicilərimizin 80 faizinin problemi müsbət həll olunub, digərlərinin də müraciəti icraatdadır. Ən çox çətinliyimiz olan məsələ işsizliklə bağlıdır ki, bununla bağlı imkanlarımız məhduddur. Amma hüquqları pozulan vətəndaşların problemlərini həll edə bilirik. Bu məsələlərdə rayon rəhbərliyi də bizə böyük köməklik göstərir, istəklərimizə operativ şəkildə cavab verir.

- Parlamentdə olduğunuz bu müddət ərzində nələrə nail ola bilmisiniz?

- Hər bir deputatın üç istiqamətdə işi olur. Birincisi deputatın seçildiyi ərazidə seçiciləri ilə işidir. Yəni deputat hansı dairədən seçilirsə, həmin ərazidə yaşayan seçicilərin problemləri ilə mütəmadi maraqlanmalıdır. İkincisi istiqamət, bu, şəxsən mənimlə bağlıdır ki, Avronestdə Azərbaycan nümayəndə heyyətinin üzvü olduğum üçün Avropa Parlament Assambleyasındakı fəaliyyətimdir.
Üçüncü və bütün deputatlar üçün ortaq olan ən mühüm istiqamət Azərbaycanın “Təhlükəsizlik və İnkişaf Doktrinası”na uyğun davranışlardır.
Milli Məclisin bütün iclaslarında təkliflərlə çıxış etmişəm, bu gün də o davranışım davam edir. Əlbəttə ki, həm təhlükəsizlik, həm də digər məsələlərlə bağlı təkliflərim olub. Ancaq bütün məsələlərin müəllifliyini birbaşa üzərimə götürmürəm, çünki digər deputat həmkarlarım da bu təkliflərlə çıxış ediblər. Amma onu da qeyd edim ki, istər əmanətlərlə olsun, istər gözdən əlillərlə, istərsə də yataqxanalarla bağlı bir çox təkliflərim hökumət tərəfindən nəzərə alınıb və qanun layihələrində dəyişikliklər olanda maddələr halına salınıb. Yenə də deyirəm, bu məsələləri təkcə mən qaldırmamışam, başqaları da qaldırıblar.

- Bir müddət öncə “Eks-prezidentlə haqqında” Qanun layihəsi rəhmətlik Əbülfəz Elçibəyə də şamil olundu. Uzun illər yaxın münasibətdə olduğunuz eks-prezidentə bu status veriləndə hansı hissləri yaşadınız?

- Parlamentin ilk iclasında mən eks-prezidentlərin statusu məsələsini gündəmə gətirdim. Əvvəllər də bu məsələlər gündəmə gətirilmişdi. Buna baxmayaraq, mən də təkliflərlə çıxış etdim. Çox məmnunam ki, cənab prezdentin də bu məsələyə müsbəti müsbət oldu. Bundan başqa, konstitusiyada da nəzərdə tutulmuşdu ki, keçmiş prezidentlər haqdaqanun layihəsi hazirlansın . Bununla da qanunda həmin boşluq dolduruldu, həm də cəmiyyətin özündə bir barışın, öz keçmişinə hörmətlə yanaşma tendensiyasınının təməli qoyuldu. Çox normal bir yanaşma idi və əlbəttə mən də çox sevindim ki, mənim ikinci dönəm parlamentdə (birinci dönəm 1990-95-ci illərdə deputat olmuşam) olduğum vaxt ilk dəfə qaldırdığım - təbii ki, mən təkbaşına bunun müəllifi olduğumu iddia eləmirəm - bu qanun layihəsi qəbul olundu. Və mənim rəhbərim, (o vaxt mən Xalq Cəbhəsində AXC sədrinin birinci müavini və AXC icraiyyə komitəsinin sədri idim, Əbülfəz Elçibəy də AXC sədri və Azərbaycan Respublikasının prezidenti idi). Nəhayət, uzun zaman keçməsinə baxmayaraq, onun qanuni statusu müəyyənləşdi. Onun ailəsi bilirsiniz ki, çox əziyyət çəkib. Bundan sonra onların da vəziyyəti müəyyən qədər düzələcək və bu məni sevindirməyə bilməz. Ümumiyyətlə, eks-prezident statusunun verilməsi ilə gələcəkdə bəyin də xatirəsinin əbədiləşdirilməsi və onun dövlətçiliklə bağlı tövsiyyələri nəzərə alınacaq. Bu da məndə böyük sevinc və məmnunluq hissi yaradır.

-Parlamentin son iclasında büdcə layihəsi və sovet dönəmindəki əmanətlərin qaytarılması müzakirə olundu. Necə düşünürsünüz, bu əmanətlər xalqa qaytarılacaqmı?

-Əgər parlamenti izləyirdinizsə, mən bəlkə də yeganə deputat idim ki, büdcə ilə bağlı məsələlərin müzakirəsi zamanı konseptual şəkildə tənqidi iradlarımı bildirdim. Bankların müflisləşməsi təhlükəsi, qeyri-neft sektoruna biganə munsibət və həm də digər məsələlərlə bağlı iradlarım oldu. Bundan əlavə, bir sıra problemlərlə bağlı təkliflərlə çıxış etdim ki, bunlardan biri də əmanətlərin qaytarılması idi. Mən istinad edirdim ki, 2006-cı ildə prezidentin də əmanətlərin qaytarılması ilə bağı sərəncamı var. O vaxt ölkə başçısı hökumətə göstəriş verirdi ki, artıq əmanətlərin qaytarılması mexanizi hazırlansın. Hörmətli Oqtay Əsədov da izahat verdi ki, artıq parlamentdə bu qanun layihəsi ilə bağlı son cilalanma işləri gedir, Hökumət tərəfindən əmanətlərin qaytarılması mexanizminin hazırlanması yekunlaşmaq üzrədir. Bundan da əvvəl maliyyə naziri Samir Şərifov bildirmişdir ki, vəsaitimiz bu pulların qaytarmaq üçün kifayət edir. Düşünürəm ki, bəzi detallar sahmana salındıqdan sonar,qısa zamanda bu proses başlayacaq və yaxın iki- üç il ərizində əmanətlərin qaytarılması həllini tapacaq.

- Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü kimi ölkənin təhlükəsizliyini necə qiymətləndirirsiniz?


- Bilirsiniz, hər şeyi ağ və qara rəngdə görməzlər. Mən birtərəfli yanaşmanın əleyhinəyəm. Hərçənd, müxalifətdəyəm, amma uğurlarımızı da sadalamalıyıq. Çünki bu uğurlar ölkəmizindi. Amma müəyyən çatışmazlıqlar da var. Ona görə də, bu çatışmazlıqları dilə gətirməli, hətta parlament səviyyəsində gündəmə çıxarmalı və həll etməyə çalışmalıyıq. Məsələn, son plenar iclasda yaşayış minumumunun məbləği müzakirə olunanda bildirdim ki, istehlak səbəti 167.19 manat edir, ancaq 116 manat miqdarında yaşayış minumumu müəyyənləşdirmək doğru deyil və kasıb təbəqəni nəzərə almaq lazımdır. Həmçinin banklarla bağlı məsələyə toxundum. Bildirdim ki, Azərbaycanın vəsaitləri xaricdə istifadəyə aşağı-3 faizə verildiyi halda, banklarımız xaricdən böyük faizlə pul götürür və sonra da borcu qaytara bilmirlər.
Və yaxud qeyri-neft sektoru ilə bağlı məsələləri məxsusi olaraq qeyd edirəm. Bundan əvvəl də parlamentdə əyalət siyasəti ilə bağlı təkliflər irəli sürmüşdüm. Çünki ölkənin təhlükəsizliyi və müdafiəsi təkcə hərbi təhlükəsizlikdən asılı deyil. Burada ərzaq təhlükəsizliyi, insan amili, iş yerləri, əyalətlərin boşalmaması, deurbanizasiya siyasətinin yürüdülməsi kimi məsələlər çox mühüm amillərdəndir. Çıxışımda bildirdim ki, idxal etdiyimiz qeyri-neft sektoruna aid məsulların həcmi 7 milyard dollar civarında olub. Biz bunun əksər hissəsini ölkəmizdə istehsal edib asıllılıqdan qurtula bilərik. Çünki bu gün dünyada ikinci böyük maliyyə böhranı gözlənilir. Bilirsiniz ki, bu gün Qərbdən beynimizi doldurmaq üçün çox dü.ünülmüş informasiyalar sızdırılır, istər bu axının qarşısını almaq üçün informative- mədəni tədbirlər olsun, istər ərzaq təhlükəsizliyi olsun, istər hərbi təhlükəsizlyimizlə bağlı olsun, bütün bunlarda mən həmişə o aspektdən çıxış etmişəm ki, ölkəmizin ayaq üstündə durması üçün səylərimizi birləşdirməliyikdirməliyik. Bunun da əsas təməllərindən biri ölkənin daxilində gücün artırılması ilə bağlıdır. Bu gün ölkədə elə bir düşüncəni hakim etmək lazımdır ki, o, özündə Azərbaycanın bütövlüyünü ehtiva etsin. Onu da unutmayaq ki,bunun ücün ciddi imkanlarımız var, ölkəmiz həm karbohidrogen ehtiyatlarına görə, həm də strateji baxımdan dünyada kilid ölkələrdən biridir.

- Müharibə şəraitində yaşayan bir ölkəyik. Belə olan halda, orduda baş verən neqtiv hallar, əsgər ölümləri və ən əsası cəzasızlıqla bağlı nə deyə bilərsiniz? Belə fikirlər səslənir ki, bəzi qüvvələr qanunsuzluqlara yol verməklə, ordumuzu gözdən salmağa çalışırlar.


- Mən deməzdim ki,biganəlik və ya cəzasizliq var.Təbii ki, ordumuzda çatışmazlıqlar da var.Və bunları aradan qaldırma səyləri də göz qabagındadir. Amma gəlin, Ermənistandakı paradla Azərbaycandakı hərbi paradı müqayisə edək. Ermənistanda Rusiyanın bayrağı altında, rus maşınında, rus əsgərləri öndə gedirdilər. Guya bu ölkə müstəqilliyinin “20 illiyi”ni qeyd edir. Bizim ordumuzsa öz istehsalımız olan hərbi maşında, öz bayrağımız altında öz əsgərimiz, bir sözlə, əlində “İstiqlal” silahı tutmuş Azərbaycan oğulları gedirdilər. Bu özü müqayisə ücün kifayət edən bir göstəricidir. İkincisi, heç kəsə sirr deyil ki, Ermənistan təkbaşına bizimlə vuruşmur, arxasında Rusiya dayanıb. Azərbaycan heç II Dünya Savaşında olmadığı bir situasiya ilə qabaq-qabağadır. Bu nədən ibarətdir? Çünki qarşıda 1400 km məsafədə cəbhə xətti var və hər an müharibə gözlənilir, yəni döyüş bitməyib. Sadəcə atəşkəs rejimi elan olunub,bunu da ki,ermənilər hər gün pozurlar. Belə bir psixoloji durumda olan əsgər də, arxa cəbhədə olan valideyin də ciddi psixoloji gərginlik keçirir. Ona görə də biz düşmən qarşısında dayanan övladlarımızı hər mənada ,hamılıqla qorumalıyıq. Bəzi neqativ hallar da var ki, bunları böyüdüb düşmənə əsas vermək lazım deyil. Nə kəm-kəsirlərimiz varsa, qapalı şəkildə müzakirə edib aradan qaldırmalıyıq. Mən qapalı deyəndə öz cəmiyyətimizi nəzərdə tutmuram. Çünki bu gün elektron informasiya vasitələrimiz Ermənistan və dost olmayan ölkələr tərəfindən də izlənilir. Bunu nəzərə almaq lazımıdr. Amma bu ona dəlalət eləmir və əsas vermir ki, adicə bir sıravi əsgərimizin burnu qanasın və biz də laqeyd qalaq. Bütün bunları ciddi şəkildə nəzarətdə saxlamaq lazımıdır. Məncə bu cür hadisələri həddindən artıq şişirtmək də lazım deyil, amma baş verən hadisələrə biganə də qalmaq olmaz.

Şəmşad Ağayev/Bizimxeber.com

Geri dön