Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Obama İranı hədələdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Obama İranı hədələdi

Obama İranı hədələdi


ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İrana qarşı sanksiyalar rejimini sərtləşdirməyə yenidən söz verib, əgər o, Cenevrədə əldə olunmuş sazişə əməl etməsə.
"Biz sanksiyalar rejiminin mahiyyətini yumşaltmırıq, lakin Tehrana kiçik pəncərə veririk. Əgər yaxın altı ay ərzində İran sazişə getmək istəmədiyini göstərsə, biz sanksiyalara doğru qayıdacağıq", - Obama Vaşinqtondakı Brukinqs adına tədqiqat institutunda öz çıxışında deyib.
Amerika prezidenti vurğulayıb ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib.
"İran iqtisadiyyatının həcmi ötən il təxminən 5 faiz azalıb. Tətbiq etdiyimiz sanksiyalar ona gətirib çıxarıb ki, Tehranın neft satışından gəlirləri təxminən iki dəfə azalıb", - Obama bildirib.

Geri dön