Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qurban Abbasov adına mədəniyyət sarayı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Afişa, Mədəniyyət > Qurban Abbasov adına mədəniyyət sarayı

Qurban Abbasov adına mədəniyyət sarayı


Bakı şəhərində demək olar ki, hər bir rayon ərazisində mədəni-maarif müəsisələri fəaliyyət göstərir. İstər kitabxanalar, istərsə də klub, mədəniyyət evləri və sarayları xalqın mənəvi inkişafında mühüm rol oynayır. Bu mədəniyyət ocaqlarından incəsənətin və bədii ədəbiyyatın müxtəlif sahələri üzrə istedadlı gənclər yetişir. Milli dəyərlərimizin nəsldən-nəsilə ötürülməsində həmin gənclər cəmiyyətin maddi daşıyıcılarına çevrilirlər. Müstəqil ölkəmizdə mədəni-maarif müsisələri qarşısında əsas vəzifə vətənpərvərlik və dövlətçiliyin təbliği formalarıdır. Formaca müxtəlif olan ədəbi janrlar məzmunca vətən sevgisi, xalq sevgisi, mübarizlik, haqq-ədalətin təbliğinə xidmət etməsi cəmiyyətin inkişafında təkanverici böyük qüvvədir.
Hal-hazırda Bakı şəhəri üzrə fəaliyyət göstərən mədəni-maarif müəsisələri sırasında Q.Abbasov adına mədəniyyət sarayının da fəaliyyəti yüksək bir səviyyədədir. Mədəniyyət sarayında aşağıda adları qeyd olunan on dərnək və təlim ocağı təşkil olunmuşdur: “Fortepiano”, “Rəssamlıq”, “Qarmon”,”Saz”, “Şahmat”, “Rəqs” ,”Fiziki tərbiyə”, “İlkin tibbi yardım”, “M/hazır.(azərb.)”, “M/hazır.(rus.)”.
Mədəniyyət sarayının direktoru Məmməd müəllim iş ərzində daim qayğılı və nəyinsə haqqında düşünmədə olur. Onun düşüncələri işin daha səmərəli təşkili ilə bağlıdır. Bu qayğıkeş ziyalı mədəniyyət sarayında fəaliyyət göstərən dərnəklərdə incəsənətin müxtəlif növləri üzrə dərs alan istedadlı yeniyetmə və gənclərin yaradıcılığının inkişafı və təbliği məqsədilə tədbirlər, sərgilər təşkil edir. Sərgilərdə və tədbirlərdə üstün fərqlənənlərə verilən tərifnamələrə ən çox fərəhlənən Məmməd müəllim olur. Yaxın zamanda sosial şəbəkədə “Rəssamlıq” dərnəyinin rəhbəri istedadlı rəssam Ruslanın yetirməsi olan Ülkərin yaradıcılığından “Ülkər dünyası” başlığı altında beş rəsm təqdim etmişdik və həmin rəsmlər yüksək rəğbətlə qarşılandı. Mədəniyyət sarayının bədii rəhbəri Bəhiyyə xanım təcrübəli mədəniyyət işçisi olmaqla, keçirilən tədbirin, sərgilərin ümumi kompozisiyasının vətənpərvərlik yönümündə olmasını təşkil edir.
Növbəti mövzularımızda Mədəniyyət sarayının yetirmələri olan Ülkər kimi istedadlı kiçikyşalı və yeniyetmələrin yaradıcılıqlarına, folklor musiqisi, bəstəkar musiqisi ifalarına aid təqdimatlarımız olacaq: burada əsas məqsəd sosial şəbəkə vasitəsilə istedadlı kiçikyaşlı və yeniyetmələrin qabiliyyətlərini tamaşaçılara, dinləyicilərə çatdırmaqla ünsiyyət yaratmaqdır. Bu ünsiyyət vasitəsilə yaradıcılar özlərini ictimai güzgüdə daha yaxşı görə bilirlər... Verilən qiymət ikitərəfli olaraq milli dəyərlərimizin təbliği xidmətinə yönəlir...

Geri dön