Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın xarici işlər nazirliyi: Nüvə anlaşması pozula bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > İranın xarici işlər nazirliyi: Nüvə anlaşması pozula bilər

İranın xarici işlər nazirliyi: Nüvə anlaşması pozula bilər


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın“Time” jurnalına verdiyi müsahibədə deyib ki, ABŞ Konqresi yeni sanksiya tətbiq etsə, nüvə anlaşması darmadağın olacaq.
O, konqresmenlərdən bəzilərinin yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikirlərinə işarə edərək, deyib ki, bu baş verərsə nüvə razılaşması pozulacaq.

“Biz təzyiq altında müzakirə etməyi xoşlamırıq. Əgər Konqres yeni sanksiyaları tətbiq etsə bu onların ciddi olmadığını göstərir. ABŞ daxilində ixtilaflar barədə xəbərdaram. Amma bu onlara bəraət qazandırmır. Mənim arxamda da parlament var. Əgər danışıqlar və razılaşmaya əməl edilməsə mənim parlamentim də yeni qərarlar qəbul edəcək. Biz də öz parlamentimizdən xahiş etmişik ki, əl saxlasınlar. Biz ciddiyik”- İran xarici işlər nazirliyinin rəhbəri deyib.

Geri dön