Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Con Makkeyn: İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Con Makkeyn: İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür

Con Makkeyn: İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür


“İrana qarşı sanksiya qərarının qəbul edilməsi mümkündür”. “Fars” xəbər agentliyin verdiyi məlumata görə, bunu ABŞ-ın tanınmış senatoru Con Makkeyn bildirib.



Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrində 6 aydan sonra heç bir nəticə əldə edilməsə, onda ABŞ Senatına yeni sanksiya layihəsi təqdim edilə bilər: “Fikrimcə, Cenevrə razılaşması İranın uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır. Eyni zamanda biz bu ölkənin nüvə obyektlərindəki sentrifuqaların fəaliyyət göstərdiyini və Ərak ağır su nüvə reaktorunun tikintisinin davam etdiyini deyə bilərik. Biz sanksiyaları azaldacağıq, ancaq İran nüvə fəaliyyətlərinin çox hissəsini davam etdirəcək”.

Geri dön