Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir

Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir


“Avropanın enerji təhlükəsizliyi BP-nin dəstəklədiyi Transadriatik Qaz Kəmərindən (TAP) birbaşa faydalanacaq. Ümid edirəm ki, sözügedən layihə Azərbaycanın Avropa bazarını təchiz etmə imkanlarını daha da gücləndirəcək və ölkənin milli gəlirini artıracaq. Mən Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu qismində görürəm”.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bunu Böyük Britaniya Parlamentinin üzvü, Liberal Demokrat Partiyasının Baş intizam nəzarətçisinin müavini, Lord Dominik Addinqton deyib.

O, Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasətin alqışlanmalı olduğunu bildirib: “Bu, sadəcə dözümlülük nümunəsi deyil, həmçinin Azərbaycanı hər kəsin yaşaması və işləməsi üçün gözəl bir yerə çevirməyin təqdirəlayiq yoludur”.

Geri dön