Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ səfiri: Ümumdünya Ticarət Təşkilatına üzv olmaq Azərbaycana fayda verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ABŞ səfiri: Ümumdünya Ticarət Təşkilatına üzv olmaq Azərbaycana fayda verəcək

ABŞ səfiri: Ümumdünya Ticarət Təşkilatına üzv olmaq Azərbaycana fayda verəcək


Riçard Morninqstar: “Hər ölkə həm iqtisadi, həm də siyasi baxımdan hansı yolla gedəcəyinə dair öz seçimini etmək imkanına malik olmalıdır”


“Ümumdünya Ticarət Təşkilatına üzv olmaq vacibdir. Bu təşkilata üzvlük Azərbaycana fayda verəcək”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətlərin nümayəndələri ilə keçirilən görüşdə deyib. O bildirib ki, Ümumdünya Ticarət Təşkilatı iqtisadi islahatlar üçün yaxşı vasitədir və iqtisadiyyatın inkişafına şərait yaradacaq: “Bu qurum hələ də güclü təşkilatdır və 159 üzv dövlətin iqtisadi yüksəlişinə kömək edir”.



Səfir qeyd edib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması dövlətlər və özəl şirkətlər arasında uzun danışıqların nəticəsidir: “Bu layihə Azərbaycan üçün çox şey deməkdir”. Onun sözlərinə görə, Azərbaycan indi dünya bazarına təkcə neft yox, həm də qaz çıxaran dövlət olacaq, bu isə ölkənin suverenliyi və müstəqilliyi üçün vacibdir: “Hər ölkə həm iqtisadi, həm də siyasi baxımdan hansı yolla gedəcəyinə dair öz seçimini etmək imkanına malik olmalıdır”.



R. Morninqstar deyib ki, təbii ehtiyatlar Azərbaycanın öz iqtisadiyyatını tədricən diversifikasiya etməsinə, digər sahələri inkişaf etdirməsinə kömək edir. O, Azərbaycanı hüquqi institutları möhkəmləndirməyə davam etməyə, daxili investisiyaları artırmağa, orta və kiçik biznesi inkişaf etdirməyə çağırıb: “İyirmi illik müstəqillik tarixində ölkədə ciddi şəkildə inkişaf müşahidə olunub. Mən 1995-ci ildə Bakıya gəlmişdim, o vaxtdan bəri heyrətamiz dəyişikliklər baş verib. Lakin bu dəyişikliklər davam etməlidir. Xoşbəxtlikdən, ehtiyatlar həm dövlətə, həm də özəl sektora bu imkanı verir. Azərbaycanın daha önəmli ölkəyə çevrilmək üçün imkanları var”.



Görüşün yekununda səfirə klubun fəxri üzvlük sertifikatı verilib.

Geri dön