Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AMEA prezidenti gənclərə həm çağırış, həm də xəbərdarlıq etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik > AMEA prezidenti gənclərə həm çağırış, həm də xəbərdarlıq etdi

AMEA prezidenti gənclərə həm çağırış, həm də xəbərdarlıq etdi


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gəncləri elmə xidmət etməyə çağırıb.
AMEA prezidenti, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini A.Əlizadə çərşənbə günü YAP Gənclər Təşkilatının üzvləri ilə görüşündə bildirib ki, indi dövlətin imkanları var, dövlət elmə ciddi maraq göstərir, dəstək verir. Ona görə də gənclər bundan istifadə etməlidirlər.

A.Əlizadə bildirib ki, bu gün AMEA-da gənc alimlərə böyük ehtiyac var: "Sovet İttifaqı dağıldıqdan sonra elmə maraq azaldı və gənclərin əksəriyyəti pul dalınca getdilər, yaxud xaricə köçdülər. İndi buna görə də elmdə gənclər qıtlığı yaranıb. Mən şəxsən müxtəlif yollarla təbliğat aparıram ki, təki gənclər elmə gəlsinlər. Hətta yönləndirirəm ki, elmi işlərin çoxunu gedib daha qabaqcıl xarici ölkələrdə tamamlasınlar".

O, AMEA-da "başını girləyənlər"ə də mesaj verib. AMEA-nın pul yox, elm mənbəyi olduğunu deyən A.Əlizadə bəzilərinin bu məsələni qarışdırmasından təəssüfləndiyini gizlətməyib: "AMEA ömrünü həqiqətən elmə həsr edənlər üçündür və belə də olacaq. Kimsə gəlib elmi ad almaq üçün Akademiyada başını girləyirsə, bura onun yeri deyil".

Geri dön