Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zəncan Kütləvi Etiraza hazırlaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Zəncan Kütləvi Etiraza hazırlaşır

Zəncan Kütləvi Etiraza hazırlaşır


Zəncan Kütləvi Etiraza hazırlaşır, minlərlə ÇAĞIRIŞ Bildirisi yayılıb

Güney Azərbaycanın Zəncan şəhəri Kütləvi Etiraza hazırlaşır. Urmu Gölü ilə bağlı keçiriləcək Kütləvi Yürüşün bu gün keçiriləcəyi gözlənilir.
Artıq bu barədə bir neçə gün öncə Bəyanat və son iki gündə Çağırış Bildiriləri yayılıb.
Bildirilərdə Azərbaycanın başqa şəhərlərində keçirilən Kütləvi Etirazlara dəstək verilir və Zəncan əhalisi etirazlara dəvət edilir.
Kütləvi Etiraz yürüşündə bu şüarlar səsləndiriləcək:

-Səddləri sındırın , Urmu Gölün doldurun
-Urmu Gölü can verir , Məclis onun qətlinə fərman verir
-Gəlin gedək ağlayaq , Urmu Gölün dolduraq
-Azərbaycan aldanmaz , Boş vədlərə inanmaz
-Urmu Gölü susuzdur , Azərbaycan oyanmasa uduzdu
Yürüş sentyabrın 22-ı, Təbriz vaxtı ilə saat 18:00-da Səbzə meydanından başlayacaq.

Geri dön