Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Metropoliteni yeni xəttin 5 stansiyasının tikintisini davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı Metropoliteni yeni xəttin 5 stansiyasının tikintisini davam etdirir

Bakı Metropoliteni yeni xəttin 5 stansiyasının tikintisini davam etdirir


Bakı Metropoliteni Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında) "B-04" stansiyasının tikintisinə başlamaq üçün hazırlıq işlərini başa çatdırır.
Metropolitenin rəsmi saytının verdiyi məlumata görə, tikinti ərazisinə düşən obyektlərin köçürülməsi üzrə işlər demək olar ki, yekunlaşıb.
Torpaqların alınması ilə bağlı probemin ən bariz nümunəsi şəhərin mərkəzidir. Burada məsələ qlobal xarakter daşıyır. Məlumatda nümunə qismində "B-5" stansiyası (Füzuli küçəsi) göstərilir. Bu stansiyanın tikintisi ilə bağlı bütün problemlərin həlli 2014-cü ildə gözlənilir.
Ceyhun Səlimov küçəsində yeni stansiyanın tikintisinə gəlincə, obyektlərin köçürülməsi və 2013-cü ildə tikintiyə hazırlıqla bağlı bütün məsələlər paralel həll edilib. Tunelin çəkilməsi üzrə kompleksin quraşdırılmasına hazırlıq işləri başa çatıb.
Ötən il ərzində Metropoliten "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikinti işlərinin yeni mərhələsinə qədəm qoyub.
Bütün beş stansiya Bakı Metropoliteninin yeni "bənövşəyi" xəttinin hissəsi olacaq.

Geri dön