Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək

Bakıda çoxmərtəbəli binaların bir-birinə çox yaxın tikilməsinə yol verilməyəcək


Bakıda binaların bir-birinə çox yaxın şəkildə tikilməsi texniki təhlükə yaratmaqla yanaşı, mənəviyyatımıza və insanların sağlamlığına da ciddi zərbə vurur. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, Bakıda bir-birinə yaxın, çoxmərtəbəli binaların tikilməsi qəbuledilməzdir: "Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Bunun hesabına mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından çox pis, təhlükəli məqamdır".
Şöbə müdirinin fikrincə, bunun bir səbəbi həmin binaları inşa edən "sahibkarların" az yerdən daha çox gəlir götürmək məqsədilə tikinti normalarını pozmasıdırsa, digər səbəbi də vətəndaşların şəhərsalma və birgəyaşayış normalarına bələd olmamasıdır.
C.Qocayevin sözlərinə görə, problemin yaranmasında bəzi dövlət qurumlarının da böyük günahı var.
Komitə sözçüsü bildirib ki, çoxmərtəbəli binaların bir-birinə çox yaxın şəkildə tikilməsinə yol verilməməsi paytaxtın müfəssəl planının konsepsiyasında da nəzərdə tutulur.

Geri dön