Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Hesab edirəm ki, burada heç bir qaranlıq məqam yoxdur” AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Hesab edirəm ki, burada heç bir qaranlıq məqam yoxdur” AÇIQLAMA

Fərəc Quliyev: “Hesab edirəm ki, burada heç bir qaranlıq məqam yoxdur” AÇIQLAMA


“20 Yanvar faciə kimi deyil, əksinə millətin şərəfli bir tarixi kimi qələmə verilməlidir”. Bunu SİA-ya millət vəkili Fərəc Quliyev deyib.

“Heç bir millət qansız öz müstəqilliyinə qovuşa bilməz. Şimali Azərbaycanda 20-ci əsrin sonlarında ölkə müstəqilliyimizin qazanılmasında 20 Yanvar hadisəsinin müstəsna rolu olub. Sovet imperiyası Azərbaycanın öz müstəqilliyinə qovuşacağını bilərək məhz 1990-cı ildə 20 Yanvar hadisəsini törətdi. Amma bütün bunlara baxmayaraq, ölkə xalqı Sovet iperiyasına qarşı dirəniş göstərdi. Hətta bu hadisələrdən əvvəl Azərbaycan xalqı dünyanın ən mübariz xalqı elan olunmuşdu. Dövlətimizin 1990-ci ilin yanvarın 20-də xeyli sayda şəhid verməsinə baxmayaraq sonda biz uğurlu nəticə əldə etdik və müstəqilliyimizə qovuşduq. Hesab edirəm ki, burada heç bir qaranlıq məqam yoxdur. 20 Yanvar hadisəsində qaranlıq qalan məsələlər ancaq protokol məsələləri ilə bağlı ola bilər. Bir ölkə öz istiqlalına qovuşmaq üçün mübarizə aparmalıdır. Təbii ki, mübarizə aparılarkən də imperiyanın təzyiqi ilə qarşılaşmalıdır”.

Qeyd edək ki, yanvarın 20-də 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd ediləcək. Qanlı 20 yanvar hadisələri zamanı 137 soydaşımız öldürülüb, 700 nəfər yaralanıb, 800-dən çox adam həbsə atılıb.

Ceyhun Rasimoğlu

Geri dön