Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paytaxt məktəblilərinin fənn olimpiadalarının ikinci turu keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Paytaxt məktəblilərinin fənn olimpiadalarının ikinci turu keçiriləcək

Paytaxt məktəblilərinin fənn olimpiadalarının ikinci turu keçiriləcək


Yanvarın 12-də Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turu keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, şəhər mərhələsinin II turunda 15 dekabr tarixində Bakı şəhərinin məktəbləri arasında keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcək. Fənn olimpiadalarının şəhər mərhələsinin II turu IX - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, biologiya, fizika, kimya və informatika fənləri üzrə təşkil olunacaq.



“Məktəblilərin fənn olimpiadaları haqqında qaydalar”a uyğun olaraq Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin II turunun keçirilməsi barədə müvafiq əmr verilib və yarışın yüksək səviyyədə keçirilməsini təşkil etmək üçün Təşkilat Komitəsi yaradılıb.



Qeyd edək ki, olimpiada yanvarın 12-də saat 10:00-da 258 saylı orta məktəbdə olacaq.

Geri dön