Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Xaricdən idxal olunan layihələri xalq heç zaman dəstəkləmir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Xaricdən idxal olunan layihələri xalq heç zaman dəstəkləmir”

“Xaricdən idxal olunan layihələri xalq heç zaman dəstəkləmir”


Partiya sədrlərinin fikrincə, Milli Şuradakılar Azərbaycanın dövlətçiliyinə, xalqa xəyanət yolu tutublar

Müsavat Partiyasının Milli Şuradan çıxması ilə əlaqədar yaranan qarşıdurma davam etməkdədir. Keçmiş müttəfiqləri ayrılıq qərarına görə İsa Qəmbəri və silahdaşlarını tənqid atəşinə tuturlar. Müsavatçıların ünvanına ən müxtəlif ittihamlar səsləndirilir. Müsavat funksionerləri də öz addımlarını əsaslandırmaq üçün müxtəlif arqumentlər irəli sürməkdədirlər. Müxalifət düşərgəsində yaşanan bu proseslər artıq digər müstəvilərdə də müzakirə mövzusuna çevrilib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən Milli Dirçəliş Hərəkatı partiyasının sədri, millət vəkili Fərəc Quliyev hələ Milli Şura yaradılarkən radikal müxalifətin bu birliyinin baş tutmayacağı barədə proqnozlar verdiyini xatırladıb. O, buna əsas kimi, sözügedən qurumun birmənalı şəkildə Moskvadan idarə olunun layihə olduğunu, oradakı təşkilatların da Rusiyanın maraqlarının təmin edilməsi üçün cəlb olunmasını göstərib: “Dağıstan prezidentinin “Milyarderlər İttifaqı”nda verdiyi bəyanatları, bu təsisatın bilavasitə Milli Şuraya dəstəyini xatırlamaq deyilənləri bir daha təsdiq edər. Elə Milli Şura rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlər də qurumun Kremlin maraqlarını güddüyünü sübutlayırdı. Milli Şuranın tam Rusiya layihəsi olduğunu ortaya qoyurdu. Bu barədə hələ o zaman danışarkən müxalifət təmsilçiləri bizi top-tüfənglə qarşılayırdılar. Amma indi Milli Şura rəhbərliyində təmsil olunan aparıcı şəxslər də dediklərimizi birə-bir təkrarlayırlar. Bu da o deməkdir ki, zamanında uzaqgörənlik etməyi bacarmışıq. Ona görə də Milli Şurada son vaxtlar baş verənlərlə dərindən maraqlanmıram. Çünki bu, artıq bitmiş məsələdir. Kənardan Azərbaycana idxal olunan layihələri xalq heç zaman dəstəkləmir. Təqdirəlayiq haldır ki, bir neçə gün bundan qabaq Müsavat Partiyası da doğru qərar qəbul edib oradan ayrıldı. Tədricən Milli Şuranın mahiyyətini anlayanların, xarici qüvvələrin əlində vasitə olduğunu dərk edənlərin zaman-zaman oradan qopması labüddür. Biz təmərküzləşmənin tərəfdarı olan siyasi təşkilatıq. Lakin bu işin mahiyyətində, kökündə qırmızı xətlə Azərbaycan dövlətinin maraqları dayanmalıdır. Bundan kənarda hər hansı toparlanma olacaqsa, bu, qəbulolunmazdır. O ki, qaldı milli maraqlara qarşı olan birləşməyə, belə məqsədlərə dəstək verənlər Azərbaycana, onun dövlətçiliyinə, xalqına xəyanət yolu tuturlar. Hesab edirəm ki, bundan sonra yenə də bir sıra qaranlıq məqamlara aydınlıq gələcək, bir çoxlarının əsl mahiyyəti aşkar olunacaq. Özlərini milli-demokratik düşərgə adlandıran bir çox şəxslərin və qurumların qoltuqdan çıxandan sonra mahiyyəti aydın olacaq. Bundan sonra gerçəkdən Azərbaycan xalqına söykənən, cəmiyyəti narahat edən problemlərə köklənən, insanların dərd-səri ilə maraqlanan qüvvələr real şəkildə təmərküzləşmə apara biləcəklər. Son hadisələr bir daha təsdiqlədi ki, Azərbaycan xalqına söykənmədən, xarici qüvvələrin baltasına sap olmaqla heç nəyə nail olmaq olmaz”.

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının sədri Hürrü Əliyevin fikrincə isə Milli Şura kimi birliklər elə bir müstəvidə, elə bir mövqe ilə yaranır ki, sonradan bunlar uzun müddət mövcudluğunu qoruyub saxlaya bilmirlər: “Milli Şurada bir-birinə qarşı zidd olan qüvvələr toplanmışdı. İdeoloji baxımdan da onların bir qurumda fəaliyyət göstərməsi mümkünsüz idi. Oradakı hər bir partiyanın, eləcə də liderlərin məqsədi hakimiyyətdə təmsil olunmaq, müəyyən postlara yiyələnməkdir. Ona görə də radikal müxalifət liderlərinə sırf seçki ərəfəsində yaranan Milli Şura və ona bənzər birliklər cazibədar görünür. Lakin seçki prosesi başa çatar-çatmaz bu birliklər də ömrünü başa vururlar. Vaxtilə “Azadlıq” Bloku, İctimai Palata və sair birliklər də mövcud olub. Amma bu gün həmin təşkilatlar gündəmdə də deyil. Hamısı dağılıb, ömrünü başa vurub. Milli Şura da bu qəbildən olan təşkilat idi”.

Partiya sədri deyib ki, Milli Şura və ona bənzər əvvəlki qurumlarda milli ideoloji sistem olmayıb. Onların heç biri milli maraqlar uğrunda mübarizəni qarşısına məqsəd qoymayıb: “Yalnız seçki üçün hesablanan bütün birliklərin sonu dağılmaqla yekunlaşır. Milli Şurada da əvvəl-əvvəl radikal müxalifətdə ad çıxaran liderlər bir araya gəldilər. Pafoslu bəyanatlar verib, guya ki, geniş ictimaiyyətin tələbi əsasında birləşdiklərini bildirdilər. Ancaq az keçməmiş bu müttəfiqlər arasında narazılıq, fikir ayrılığı, qarşıdurma adi hala çevrildi. Müxalifət liderləri bir-birinin ardınca qurumu tərk etdilər. Son olaraq da Müsavat Partiyası Milli Şuradan çıxdı. Bu, gözlənilən idi. Çünki 2003-cü ildən üzü bu yana AXCP ilə Müsavat liderləri heç bir halda ortaq mövqedən çıxış edə bilmirlər. 20 ildir tabeliklərindəki partiyanı, müxalifəti monopoliyada saxlayan bu liderlər imkan vermirlər ki, siyasətə yeni nəfəs, yeni sima gəlsin. AXCP və Müsavatı öz inhisarlarında saxlayaraq yalnız şəxsi maraqlarını təmin edirlər”.

Rufik İSMAYILOV "KASPİ" qəzeti

Geri dön